reklam
Regionxeberlericom.az » Siyasət » Vardanyan SƏRSƏMLƏDİ: Azərbaycan Rusiyanı Qarabağdan ÇIXARA BİLMƏZ! - FOTO, VİDEO

reklam

Vardanyan SƏRSƏMLƏDİ: Azərbaycan Rusiyanı Qarabağdan ÇIXARA BİLMƏZ! - FOTO, VİDEO

Dünən – mayın 9-da Xankəndində faşizm üzərində qələbə və separatçı-terrorçu rejimin qanunsuz “müdafiə ordusu”nun yaranması günü münasibəti ilə keçirilmiş kütləvi mitinqdə təşkilatçılar bəzi iştirakçıların əlindəki bəyənmədikləri – Rusiya və Putin əleyhinə yazılar olan plakatları götürüblər.

Regionxeberlericom.az moderator.az-a istinadla xəbər verir ki, bunu Xankəndindəki “Mənim hüququm” müxalifət hərəkatının lideri Artur Osipyan “Facebook” səhifəsində yazıb.

Osipyanın paylaşdığı fotoşəkillərdə erməni uşaqların “Biz BMT sülhməramlılarını tələb edirik!”, “Putin verdiyi sözlərə görə məsuliyyət daşımır”, “Rusiya Federasiyası 10 noyabr bəyanatını pozur” plakatları ilə dayandığı görünür.


Osipyan yazıb: “Görünür, bizə Rusiya bayrağı altında birləşməyi təklif edirlər, lakin bu, reklam olunmur Respublika meydanını özününküləşdirmək və bayramı istədiyi kimi keçirmək isə Rubenin üslubudur, Moskva həyasızlığıdır.. ”.

Qeyd edək ki, mitinqin əsas təşkilatçısı artıq 9 aydan çoxdur Azərbaycan torpağında qanunsuz ictimai-siyasi və iqtisadi-sosial fəlaiyyət göstərən, Putinin Qarabağdakı milyarder desantı Ruben Vardanyan olub. Mitinqdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əleyhinə “Artsax Azərbaycanın tərkibində olmayıb və olmayacaq!”, “Artsaxsız Ermənistan yoxdur!”, “Biz təslim olmayacağıq!” kimi pankartlar qaldırılıb və şüarlar səsləndirilib.

Vardanyan özü də çıxışında Azərbaycanın Rusiya “sülhməramlı”larını Qarabağdan çıxara bilməyəcəyini xüsusi olaraq vurğulayıb...




Paylaş:


Müəllif : Tarix:
10-05-2023, 09:23
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər