reklam
Regionxeberlericom.az » Siyasət » "Azərbaycanın qalib gəlməsi İranın xislətini üzə çıxardı" - FAKT BUDUR!

reklam

"Azərbaycanın qalib gəlməsi İranın xislətini üzə çıxardı" - FAKT BUDUR!


İran Ermənistan münasibətlərində yaxınlaşma 90-cı ildə daha da dərinləşdi.

Ermənistanın Azərbaycanın tarixi torpaqlarını işğal etməsi, İran üçün göydəndüşmə bir hal oldu. İranla olan sərhəd rayonlarımız erməni hərbi birləşmələri tərəfindən işğal olunduğu üçün İran orada öz planlarını həyata keçirməyə başladı.

Bunu tək biz yox, dünya dövlətləri, beynəlxalq təşkilatlar, eyni zamanda transmilli cinayətkarlıqla mübarizə aparan və dünyada narkoticarətin qarşısını almaq üçün fəaliyyət göstərən hüquq mühafizə orqanları da etiraf edirlər ki, Azərbaycanın vaxtilə işğal altında olan ərazilərində İran dövlət orqanları narkotikin yetişdirilməsi, narkotik vasitələrin plantasiyalarının salınması, İrandan gətirilən narkotiklərin Avropaya və digər dövlətlərə aparılması məqsədilə tranzit yol kimi istifadə olunması prossesi mövcud idi.

44 günlük Vətən müharibəsi zamanı Azərbaycan ordusu ərazilərimizi düşmən işğalından azad edən zaman İranla olan sərhəd rayonlarımızda narkotik vasitələrin plantasiyalarını görmüş və sübut olaraq, foto və video çəkilişlər etmişdilər.

Regionxeberlericom.az DİA.AZ-a istinadən bildirir ki, politoloq Ramiz Alıyev bizimyol.info xəbər portalına mövzu ilə bağlı şərh verib.

“Vətən müharibəsində Azərbaycanın qalib gəlməsi və bu qalibiyyəti İran tərəfinin həzm edə bilməməsi açıq formada İranın Azərbaycana qarşı mövqeyini, xislətini üzə çıxardı. 2020- ci ilə qədər isə İran gizli formada düşmənliyini aparırdı. Ancaq Vətən müharibəsində Azərbaycanın qalibiyyətindən sonra İran açıq şəkildə Azərbaycana qarşı təxribatlar törtəməyə başladı, Ermənistanı silahla təmin etməyə başladı. Ermənistanın hərbi bazalarına müxtəlif növ silahların daşınmasını həyata keçirdi”. Ekspertin bildirib ki, Azərbaycan Xudafərinə bayrağını asandan sonra İran dövləti daha da narahat olmağa və aqressivləşməyə başladı.

Azərbaycanla sərhəd ərazilərdə təlimlərin keçirilməsi, daha sonra Qafanda İran konsulluğunun açılması İran dövlətinin xislətini göstərdi. İran bu gün öz paytaxtında bir səfirliyin təhlükəsizliyini təmin edə bilmirsə, necə güclü ola bilər ki? Politoloqun fikrincə, bunu İranda fəaliyyət göstərən dövlətlərin səfirlikləri, konsulluqları, diplomatik nümayəndəlikləri mütləq şəkildə bilməlidir və orada fəaliyyət göstərən bütün diplomatik nümayəndəliklər İranı tərk etməlidir. Çünki bu gün Azərbaycan səfirliyinə qarşı edilən terror sabah növbəti ölkənin diplomatik nümayəndəliklərinin başına gələcək.

“Bu gün Azərbaycan dövlətinin səfirliyinə qarşı terror aktı baş verirsə və buna İran dövləti göz yumursa mütləq şəkildə orada yaşayan 40 milyona yaxın azərbaycanlı və Azərbaycan Respublikası bunun hesabını İran dövlətinin hazırkı səlahiyyətli şəxslərindən və İran dövlətindən soruşacaq.

Vyana konvensiyasına görə diplomatik nümayəndəliklərin qorunması yerləşdiyi ölkələrin üzərinə düşür. Buna görə də İran dövləti baş verən terror aktına görə cavab verəcək”. Politoloq bildirib ki, İranda yaşayan azərbaycanlılar öz gücünü İran dövlətinə və fars dövlətinə göstərməlidir.




Paylaş:


Müəllif : Tarix:
3-02-2023, 13:35
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər