reklam
Regionxeberlericom.az » Siyasət » ORDUMUZUN İRƏVANA QƏDƏR YOLU VAR... - FAKT BUDUR!

reklam

ORDUMUZUN İRƏVANA QƏDƏR YOLU VAR... - FAKT BUDUR!


“Siyasi baxımdan Xankəndidə, ümumən separatçıların olduğu ərazidə vəziyyət gərgindir. Ruben Vardanyan müsahibələrində “biz” deyir. Lakin "biz" deyəndə kimi nəzərdə tutduğu bəlli olmur. Bu, qaranlıq məsələdir. Xankəndidə “rəhbərliklə" Ruben Vardanyan arasında konflikt var. Araik Arutyunyan, eləcə də Vitali Balasanyan da iddialıdır, proseslərin nəzarətlərində olmasına çalışırlar. Eyni zamanda Ruben Vardanyan və Nikol Paşinyan arasında da ciddi rəqabət mövcuddur. Bu da nəzərdən qaçmamalıdır”.


Bu fikirləri Teleqraf.com-a hərbi analitik Azad İsazadə Xankəndidə mövcud olan hərbi-siyasi vəziyyət haqqında danışarkən deyib.


Analitik əlavə edib ki, Ruben Vardanyanın Rusiyanın emissarı olması artıq hər kəsə aydındır və qapalı məsələ deyil.


Onun sözlərinə görə, Xankəndidə Rusiya mövqeyində olan siyasətçilər o qədər nüfuzdan düşüb ki, Moskva yeni bir adama ehtiyac duyub:


"Bu səbəbdən də Vardanyanı Xankəndiyə atıblar. Atmamışdan əvvəl onunla bağlı kampaniya aparılıb. Zəngin erməninin burada yaxşı durum yaradacğı deyilib. Həm də ruslar nəzərə alıb ki, zəngin Vardanyan burada vəziyyəti qaldıra bilsə, sabah İrəvana da təsir imkanlarını əldə etmiş olacaq. Amma çox güman ki, Ruben Vardanyan məcbur olacaq ki, Xankəndini birdəfəlik tərk etsin.


Əvvəla, Azərbaycan onu qəbul etmir, cinayətkar sayır. İkincisi, Ermənistan daxilində hətta bir-birinə zidd olan siyasi qüvvələrə Ruben Vardanyan rəqib kimi lazım deyil”.


Analitik söyləyir ki, hərbi baxımdan durum bir qədər fərqlidir: “Ordu olmayan, olsa belə Azərbaycana müqavimət göstərə bilməyəcəklər. Maksimum təxribatlara əl ata bilərlər. Bu halda Azərbaycan anti-terror əməliyyatı keçirə bilər. Vardanyan deyir ki, mübarizə aparacağıq. Amma fakt odur ki, orada ordu yoxdur. Azərbaycan istəsə Xankəndiyə daxil ola bilər. Hətta İrəvana qədər çata bilər. Sadəcə Azərbaycan qarşısına belə məqsəd qoymayıb”.





Paylaş:


Müəllif : Tarix:
26-01-2023, 09:58
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər