"Həftəsonunadək Rusiya neftinə embarqo qoyula bilər" - Fransalı nazir
"Avropa İttifaqı Rusiya neftinə embarqo tətbiq edilməsi ilə bağlı həftənin sonunda razılığa gələcək".
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Fransanın ekoloji keçid naziri Barbara Pompili bildirib.
“Müzakirələrin getməsi normal haldır. Çünki Avropa İttifaqına üzv bəzi ölkələr başqaları ilə müqayisədə Rusiya neftindən daha çox asılıdır”, - nazir qeyd edib.
Onun sözlərinə görə, hazırda bu istiqamətdə Brüsseldə müzakirələr aparılır: “Fikrimcə, həftəsonunadək razılıq əldə edə bilərik”.
Nazir deyib ki, Rusiyadan idxal olunan xam neftdən imtina etmək asandır: “Ancaq dizel yanacağı ilə bağlı əlavə vaxt lazım olacaq. Avropa İttifaqı enerjidaşıyıcılarından asılılığını azaltmalı, bərpa olunan enerji mənbələrini inkişaf etdirməlidir”.
Qeyd edək ki, Avropa İttifaqı Rusiyaya qarşı altıncı sanksiya paketini hazırlayır. Bu məhdudlaşdırıcı tədbir çərçivəsində Rusiyadan idxal olunan neft və təbii qaza sanksiyanın qoyulması nəzərdə tutulur.
Paylaş:
Müəllif : Fuad
Tarix:5-05-2022, 12:42
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -səbəb göstərilmədən əmək müqavilələrinə xitam verilir

VƏLİYEVLƏRİN TİCARƏT MƏRKƏZİ HƏRRACA ÇIXARILIR -Hər ay toplanan yüz minlər hara xərclənib?

“Karkas” ASC-də Eldar Mahmudov izi və icarədar qalmaqalı – Vergi və məhkəmə ziddiyyətləri

Bu hospitalda cərrah əvəzinə "dəllal"lar işləyir: Nilufəri ÖLDÜRƏN HƏKİM niyə həbs olunmur? - VİDEO

"Qudalar agentliyi" su sistemini necə çökdürür: şok faktlar - daha bir ailə üzvünə də vəzifə verdilər!

Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərindən biri LƏĞV EDİLDİ

Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin müəlliminin işdən çıxarılması qanunsuz hesab edilib

Kənd Təsərrüfatı naziri Məcnun Məmmədovun unikal kadrları - “Şərikli çörək kolxozu”