reklam
Regionxeberlericom.az » Siyasət » "Putin "nüvə" əmri versə belə, bu beş nəfərdən bir neçəsi əməl etməyəcək..."

reklam

"Putin "nüvə" əmri versə belə, bu beş nəfərdən bir neçəsi əməl etməyəcək..."















Araşdırmaçı jurnalist Xristo Qrozev bildirib ki, Rusiya Federasiyası Ukraynaya qarşı nüvə silahından istifadə imkanını nəzərdən keçirir.

Bunu Putinin mətbuat katibi Dmitri Peskov da təsdiqləyib.

Xristo Qrozev bildirib ki, qəfil “yoxa çıxmış” Rusiya müdafiə naziri Sergey Şoyqu hazırda Ufa yaxınlığındakı gizli bunkerdə gizlənir. Bunu hava nəqliyyatı məlumatları sübut edir.

Jurnalist iddia edir ki, Rusiya Federasiyası faktiki olaraq nüvə ssenarisini nəzərdən keçirərsə, hərbi və siyasi rəhbərliyi bunu əvvəlcədən gizlədəcək.

Qrozevin sözlərinə görə, Putin özü Uraldan kənarda yerləşən başqa bunkerdə gizlənir. Jurnalist Rusiyanın Ukraynaya nüvə zərbəsi endirmə ehtimalı ilə bağlı aydınlaşdırıcı suala belə cavab verib:

"Bilirsiniz, cavab vermək çətindir. Biz Rusiya xüsusi xidmət orqanlarının adamları ilə çox danışdıq. O insanlar ki, hələ müharibə başlamamışdan əvvəl dekabr-yanvar aylarında bizə xəbərdarlıq etmişdilər. Hətta bu insanlar indi Kiyevin ələ keçirilməsinin tamamilə uğursuz olacağı ehtimalı ilə belə bir əmr verə biləcəyini söyləyirlər. Lakin o, şərti qırmızı düymə ilə nüvə silahından istifadə edə bilməz. Bu qırmızı düymə mövcuddur, lakin nüvə ehtiyatı olan raket havaya qalxana qədər bütün bu əmrləri ardıcıllıqla yerinə yetirməli olan beş nəfər var. Mənbələrimiz əmindir ki, bu beş nəfərdən ən azı bir neçəsi bu əmrə əməl etməyəcək. O (Putin) belə bir riskin olduğunu başa düşür, ona görə də bu əmri vermək çətin deyil”.

Xatırladaq ki, bu yaxınlarda NATO-nun Avropadakı birləşmiş qüvvələrinin keçmiş komandanı general Uesli Klark demişdi ki,  Putin  taktiki nüvə silahından istifadə etmək və Polşa ərazisinə zərbə endirmək əmri verə bilər.

Qeyd edək ki, martın 22-də Rusiya prezidentinin mətbuat katibi Dmitri  Peskov  amerikalı jurnalistlərə ölkənin milli təhlükəsizlik konsepsiyasını xatırladıb, hansı ki, dövlətin mövcudluğu təhlükəsi yaranarsa, nüvə silahından istifadəyə icazə verir.

İki gün sonra BMT-dəki rus diplomatı  artıq açıq şəkildə  Rusiyanın kütləvi qırğın silahlarından “NATO tərəfindən təxribata məruz qalacağı təqdirdə” istifadə etməyə hazır olduğunu bəyan edib.




Paylaş:


Müəllif : Tarix:
28-03-2022, 09:28
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər