reklam
Regionxeberlericom.az » Dünya » “4 HALDA NÜVƏ SİLAHI İŞLƏDƏ BİLƏRİK” - Rusiya yenə dünyanı hədələdi

reklam

“4 HALDA NÜVƏ SİLAHI İŞLƏDƏ BİLƏRİK” - Rusiya yenə dünyanı hədələdi














Putinin sabiq əvəzedicisi və hazırda Rusiya Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsini daşıyan Dmitri Medvedev növbəti dəfə Rusiyanaın nüvə silahından istifadəsi ehtimalından danışıb.

Rusiyanın RBK dərgisi Medvedevin bu məsələylə bağlı fikirlərini dərc edib.

Sabiq prezident deyib ki, Rusiya 4 halda nüvə silahından istifadə edə bilər.

Birincisi, Rusiyanın ərazisinə nüvə zərbəsi endirilərsə.

İkincisi, Rusiyaya və onun müttəfiqlərinə qarşı istənilən nüvə silahı istifadə olunarsa.

Üçüncüsü, Rusiyanın vacib infrastrukturlarına onun nüvə qüvvələrini iflic edə biləcək zərbə endirilərsə.

Nəhayət, dördüncüsü, Rusiyaya və onun müttəfiqlərinə qarşı təcavüz olarsa və bu təcavüz Rusyanın mövcudluğuna təhlükə yaradarsa.

Göründüyü kimi, xüsusilə 3-cü və 4-cü şərtlər kifayət qədər birmənalı və konkret deyil. Belə ki, Rusiya öz infrastrukturuna dəyən istənilən adi zərbəni özünün nüvə potensialı üçün təhlükə hesab edə, yaxud istənilən hərbi qarşıdurmanı özünün möcudluğu üçün təhlükə saya bilər. Yəni ki, bu şərtlər kifayət qədər subyektiv mülahizələr üzərində qurulub.














Xatırladaq ki, bir neçə gün öncə D.Medvedev ABŞ-ı və Qərbi hədələyərək, Putinin hakimiyyətdən gedəcəyi təqdirdə, Kremlin nəhəng ölkə üzərində siyasi idarəçilik iradəsinin zəifləyə biləcəyinə eyham vurub. Bildirib ki, belə vəziyyətdə Rusiyanın parçalanması təhlükəsi yaranacağından nüvə silahının kimin əlinə keçəcəyi də dünya üçün ciddi problemə çevriləcək.

Daha əvvəl isə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov üçüncü dünya müharibəsi baş verəcəyi təqdirdə, bunun nüvə müharibəsi olacağını bəyan etmişdi. Bu da Qərb tərəfindən növbəti nüvə hədə-qorxusu kimi qəıbul edimişdi.

Onu da xatırladaq ki, hələ müharibənin dördüncü günündə Putin Rusiyanın nüvə qüvvələrinin “xüsusi rejimə keçirilməsi” barədə göstəriş vermişdi. Bu da Rusiyanın “xüsusi əməliyyat” adlandırdığı işğal müharibəsinin elə ilk günlərdən heç də plan üzrə getmədiyinin və Rusiyanın uğursuzluğa düçar olmasının göstəricisi sayılmışdı.

Medvedevin son olaraq sözügedən şərtləri səsləndirməsi isə Kremlin istınilən an nüvə zərbəsi üçün bəhanə tapa biləcəyinə işarə etməsi və bütün sivil dünyaya qarşı növbəti hədə-qorxu cəhdi kimi qəbul olunur. 

Bu da öz növbəsində Putin Rusiyasının Ukraynadakı məğlubiyyət nəticəsində düşdüyü aqoniyanın təzahürü sayıla bilər. Lakin əksər nüfuzlu və ciddi ekspertlər, təhlilçilər Rusiyanın nüvə silahından istifadəsini inandırıcı hesab etmir və bununla Rusiyanın özünə ölüm hökmü vermiş olacağını bildirirlər.




Paylaş:


Müəllif : Tarix:
26-03-2022, 14:30
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər