reklam
Regionxeberlericom.az » Siyasət » "ONA NƏ OLUB BİLMİRƏM, AMMA HƏRƏKƏTLƏRİNƏ BAXANDA..." - Zelenskidən canlı yayımda Putinə və Lavrova çox ağır sözlər + VİDEO

reklam

"ONA NƏ OLUB BİLMİRƏM, AMMA HƏRƏKƏTLƏRİNƏ BAXANDA..." - Zelenskidən canlı yayımda Putinə və Lavrova çox ağır sözlər + VİDEO















“Məsələ “danışmaq istəyirəm” deyil. Məncə, Putinlə danışmalıyam. Dünya Putinlə danışmalıdır”. 

Bunu Ukrayna prezidenti Volodimir Zelenski mətbuata açıqlamasında deyib.

“Bu müharibəni dayandırmaq üçün başqa bir yol... Çünki mən Putinlə danışmağa məcburam. Çox dürüst davranıram. Bütün problemlərin fərqindəyəm. Prezident Putinin dilə gətirdiyi narahatlıqların fərqindəyəm. Məncə, biz danışmalıyıq. Heç bir ön şərt olmadan, kişi kimi danışmağa məcburuq. Ona nə olub, bilmirəm, amma hərəkətlərinə baxanda marağımı çəkən şeylər var. Hər şeyi danışmaq istəyirəm.

Belə bir adam ölkəsi üçün böyük insan ola bilər, amma bu nəsil qərar verməz ona. Nə qədər tarixi fiqur olduğuna gələcək nəsillər qərar verər. Bəlkə, məni gələcəkdə xatırlayacaq, amma vacib olan yaxşı xatırlanmaqdır”, - Zelenski qeyd edib.

"Bizdən nə istəyirsən? Torpağımızı tərk et. İndi getmək istəmirsənsə, mənimlə danışıqlar masasına əyləş. Mən azadam. Mənimlə Makronla danışdığın kimi 30 metrdən danışma. Mən dişləmirəm.Mən normal adamam, mənimlə otur, danış. Nədən qorxursunuz? Biz heç kimi təhdid etmirik, biz terrorçu deyilik. Biz bankları ələ keçirmirik.Və başqalarının torpaqlarını da ələ keçirmirik”", - Zelenski əlavə edib. 

Zelenski Rusiya Xarici İşlər naziri Lavrov barədə danışarkən isə bildirib ki, hər bir şəxsin necə insan olması onun sifətinə baxanda məlum olur.  

Ukrayna prezidenti Qərb ölkələrini vaxtında bu faciənin qarşısını almamaqda günahlandırıb.

“Biz ailələrimizə görə, sevdiklərimizə görə, Ukraynanı itirməyimizə görə qorxuruq. Qərb və NATO-dan təhlükəsizlik təminatı istəyirik.

Biz savaşa girin demirik, savaşın qarşısını alın deyirik. Amma Qərb tərəfindən bir zəiflik gördük burada”, - deyə dövlət başçısı bildirib.

O, gec də olsa ölkəyə silah göndərən dövlətlərə təşəkkür etdiyini bildirib: “Onların gecikməsi minlərlə ukraynalının həyatı bahasına başa gəldi”.

Dövlət başçısı xəbər darlıq edib ki, əgər məğlub olsalar, növbədə Baltikyanı ölkələr, Polşa, Gürcüstan və digərləri olacaq. 

“Rusiya ordusu bizdən 5 dəfə güclüdür. Rusiya xalqı bizdən daha çox insan itirir. Özləri meyitlərini yandırmaq üçün alətlər gətiriblər. Bəlkə də analar uşaqlarının burada öldüyünü belə bilməyəcəklər. - deyə, Volodimir Zelenski bildirib.




Paylaş:


Müəllif : Tarix:
3-03-2022, 22:22
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər