reklam
Regionxeberlericom.az » Siyasət » Erməni təxribatlarına cavab: - “Azərbaycan antiterror əməliyyatı həyata keçirəcək”

reklam

Erməni təxribatlarına cavab: - “Azərbaycan antiterror əməliyyatı həyata keçirəcək”














Qarabağda qalan ermənilərin Azərbaycan hərbçilərinə qarşı təxribatları mütəmadi olaraq davam edir.

Bu məqam isə Azərbaycanın antiterror əməliyyatlarına başlayacağı məsələsini gündəmə gətirir.

Qeyd edək ki, baş verən təxribatlar həm də 10 noyabr Bəyatının müddəallarının pozulması deməkdir.

Erməni təxribatları isə dayanmır. Ötən gün də Xocavənd rayonu ərazisində Azərbaycan Ordusunun mövqelərindən birində döyüş növbətçiliyi aparan hərbi qulluqçumuz dekabrın 3-ü saat 13:00 radələrində erməni əsilli şəxs tərəfindən hücuma məruz qalıb. Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, həmin şəxs silahı ələ keçirməyə cəhd göstərib. Hərbi qulluqçumuz havaya atəş açdıqdan sonra özünü müdafiə etmək məqsədilə ona hücum edən təxribatçını zərərsizləşdirib.

Hadisə barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.

Bu cür hadisələr Azərbaycanı antiterror əməliyyatlarına başlamağa vadar edəcək?

Politoloq Tural İsmayılov Cebhe.info-ya açıqlamasında deyib ki, bu cür təxribatlar 10 noyabr Bəyatının müddəalarına uyğun olaraq Qarabağdakı erməni terrorçularının bölgədən çıxarılması ilə bağlı bəndin tez bir zamanda yerinə yetirilməsinin labüd olduğunu göstərir:

“Nəzərə almaq lazımdır ki, ermənilərin Azərbaycan hərbçilərinə qarşı təxribatları həm 10 noyabr razılaşmasının pozulmasıdır, həm də silahlı ermənilərin Qarabağdan çıxarılmasına təminat verən Rusiya üçün də yaxşı nəticə deyil. Bu baxımdan təxribatların qarşısını almaq üçün separatçı birləşmələr qısa zamanda Qarabağdan çıxarılmalıdır”.

Politoloq əlavə edib ki, Azərbaycan özünümüdafiə hüququnu özündə saxlayır:

“Nə qədər ki, sülhməramlılarla yanaşı erməni separatçıları da Qarabağda qalacaq və Azərbaycan əleyhinə açıqlamalar verəcək, bu cür təxribatlar, kiçik terror aktlarına cəhd edəcəklər. Qondarma rejimin rəhbələri, separatçı ermənilər oradan çıxarılmadıqca, Azərbaycana təhvil verilmədiyi müddətdə təəssüf ki, bu cür hadisələr baş verəcək. Azərbaycan da öz “dəmir yumruq” haqqını özünə saxlayır.

Hesab edirəm ki, bu cür təxribatlar davamlı olacağı halda, Azərbaycan antiterror əməliyyatı həyata keçirəcək”.




Paylaş:


Müəllif : Tarix:
4-12-2021, 15:15
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər