Zəngəzur dəhlizinin açılması ertələnir: - “Hücum taktikasını seçməliyik...”

Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələ son günlər geniş müzakirə olunur. Əslində bu, noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın tələblərindən biridir. Lakin həmin vaxtdan bu yana rəsmi İrəvan özünü alzeymer xəstələri kimi aparır. Yəni guya ki, yaddaşını itirib, dediklərini unudub. Ermənistanı tanımasaq, buna, bəlkə də, inanardıq...
Əsas məsələ isə ondan ibarətdir ki, Ermənistan istəsə də, istəməsə də Azərbaycanın qətiyyəti göz qabağındadır. Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, Zəngəzur dəhlizi açılacaq; ya könülü, ya da zorla...
Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Zəngəzur dəhlizinin taleyi barədə fikirlərini “Sherg.az”la bölüşdü. O, düşünür ki, proseslərin uzadılması təsadüfi deyil:
“Bu, Ermənistandakı daxili siyasi vəziyyətlə əlaqədardır. Hazırda düşmən ölkədə seçkilər ərəfəsidir, üstəgəl, siyasi elitada da ciddi mübarizə gedir. Ermənistanın texniki məsələni siyasiləşdirməsi, süni siyasi böhran yaradılması məhz bununla bağlıdır. İndiki məqamda Azərbaycan düşmənin səsləndirdiyi müxtəlif bəyanatlara qarşı hücum taktikasını seçməli, Zəngəzurun 100 il əvvəl Ermənistana verilməsini gündəmə gətirməlidir. Biz prosesləri maraqlarımıza uyğun həll etməyə qadirik”.
T. Zülfüqarov, həmçinin deyib ki, Ermənistan “iki daş arasında qalıb”:
“Bundan sonra əsas sual Ermənistan iqtidarının əvvəlki ruspərəst, yoxsa qərbmeyilli siyasət yeridəcəyidir. Baş nazir Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinə zəng etməklə onu sınamaq istəyir. Lakin özü də bilir ki, Kreml arzuolunan dəstəyi verməyəcək. Əks halda Azərbaycanla, Türkiyə ilə əməkdaşlıq təhdid altına düşəcək. Qərb indiki məqamda Ermənistana siyasi dəstək vermək istəyir. Bunun müxtəlif elementləri artıq görünür”.
Paylaş:
Müəllif : Yazar
Tarix:18-05-2021, 15:58
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:18-05-2021, 15:58
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 10:07
Bu gün, 10:04
Dünən, 13:56
Dünən, 09:46
Dünən, 08:20
7-09-2025, 11:30

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO

Buzovnada satılan dönər at ətindən imiş: “FQ Foodex”-in hazırladığı dönər ətlərində salmonella bakteriyası aşkarlanıb

Masazırda şollar su kəmərinin mühafizə zonası zəbt edilib: Ev tikəın kim, obyekt tikən kim...

Lənkaranda biabırçılıq: İcra nümayəndəsinin bacısı olan baxça müdirəsi ərzaqları oğurlayıb?