Çavuşoğludan Qarabağ və Minsk qrupu ilə bağlı VACİB AÇIQLAMA

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu 2020-ci ildə Türkiyənin xarici siyasəti barədə açıqlama verib.
Nazir Qarabağ, Kipr, Şərqi Aralıq dənizi məsələlərinə də toxunub.
Çavuşoğlu Ermənistanın hücumlarına baxmayaraq, Azərbaycanın özünü tez və qətiyyətlə müdafiə etdiyini, işğal olunmuş ərazilərini nəzarətə götürdüyünü və münaqişənin 44 gündən sonra 9 noyabr 2020-ci il tarixli ortaq bəyannamə ilə sona çatdığını xatırladıb.
Nazir bu bəyannamənin hər şeydən əvvəl ”Dağlıq Qarabağın Azərbaycana aid olduğunu” təkrarladığını, 7 bölgəni də öz sahibinə qaytardığını, atəşkəs qurduğunu və bir milyon azərbaycanlı köçkünün evlərinə qayıtmasını nəzərdə tutduğunu bildirib:
“Birgə bəyannamə, həmçinin Minsk Qrupunun illər ərzində ortaya qoyduğu fikir və prinsipləri geniş şəkildə əks etdirir. Zəruri hallarda Minsk Qrupu yenə də rol oynaya bilər. Həmsədrlər obyektiv, konstruktiv olmalı və keçmişdəki prosesin zəif performansından dərs almalıdırlar”.
Çavuşoğlu bölgədə davamlı sülh üçün əsl bir fürsət pəncərəsinin açıldığını vurğulayıb:
“Azərbaycanın dəvətinə cavab olaraq uyğunluq və yenidənqurma işləri üzərində çalışmağa davam edəcəyik. Atəşkəsə nəzarət etmək üçün Rusiya ilə ortaq mərkəz yaratdıq. Bu atəşkəs çox vacibdir və qorunmalıdır. Bundan sonra erməni tərəfi bu atəşkəsə və ortaq bəyannamədə razılaşdırılmış şərtlərə əməl edəcəkdir”.
Paylaş:
Müəllif : Fuad
Tarix:14-01-2021, 14:13
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:14-01-2021, 14:13
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 10:19
Dünən, 10:17
Dünən, 09:00
Dünən, 08:30
4-09-2025, 16:01
4-09-2025, 15:59
4-09-2025, 15:58
4-09-2025, 11:45
4-09-2025, 09:32
4-09-2025, 09:07
4-09-2025, 08:23
3-09-2025, 20:54
3-09-2025, 10:22

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var