Moskva görüşündə Azərbaycan nə əldə etdi? - Azalan asılılıq, yeni qapı və güclənən bağ...

"Moskva görüşündə əsas məsələ regionda kommunikasiyaların açılması oldu və hər bir tərəfin bu məsələdə öz maraqları var".
Sfera.az xəbər verir ki, bu barədə ReAL-ın icra katibi, iqtisadçı Natiq Cəfərli bildirib.
O, tərəflərin maraqlarını belə sadalayıb:
"Rusiya uzun illərdir ki, Ermənistana quru yolu ilə bağlı problem yaşayır və bu məsələdə Gürcüstandan tam asılı vəziyyətdədir. Öz hərbi bazalaranın təhcizatı üçün hava yolu çox bahalıdır, sərfəli də deyil, çünki yük həcmi böyükdür, hava yolu ilə daşımaq olmur. İndi Azərbaycan üzərindən Ermənistana dəmir yolu ilə istədiyi yükü göndərib qəbul edə biləcək,
Azərbaycanın marağı odur ki, həm Naxçıvanla əlaqələr bərpa olunacaq, deməli bu məsələdə İrandan asılılıq azalacaq, həm də Türkiyə - Orta Asiya iqtisadi yolunun əsas logistik mərkəzi Azərbaycan olacaq. Bura Avropa, və ya Britaniyanın Türkiyə üzərindən Orta Asiya yolunu da əlavə etsək, mənzərə tam olur. İran da dünyaya açılacaq, bu mənada Azərbaycan İrana yatırım və İrana/İrandan yükdaşımalarının qapısı rolunu oynaya biləcək. Siyasi anlamda isə Türk Cümhuriyyətlərinin bağı yaranır,
Ermənistanın marağı iqtisadi və logistik blokadadan çıxmaq, Türkiyə ilə də sərhədləri açmaqdır. Ermənistanın da dünyaya açılmağın yolu Türkiyədir, Türkiyə ilə yaxınlaşmanın yolu isə Azərbaycandan keçir - başqa alternativ yoxdur".
Ekspert qarşıdakı təhlükələr və Azərbaycanın daim sülh vurğusu etməsinin səbəblərinə də aydınlıq gətirib:
"Təhlükələr haqqında: Naxçıvan (Mehği) dəhlizinə tam Rusiya nəzarət edəcək, bu müəyyən diskonfort yaradır, amma bunun neytrallaşdlrma yolu da var: Rusiya - Ermənistan dəhlizini də biz nəzarət edəcəyik, bizim üzərimizdən keçəcək. Əgər Kreml o dəhlizin normal işləməsinə mane olacaqlarsa, əvəzində Rusiya-Ermənistanın dəhlizində manelər görəcək.
Sülh haqqında: Dəfələrlə yazmışam, bir daha deyim: Biz hər fürsətdə sülhdən danışmalı, sülh quruculuğuna vurğu etməliyik - çünki, hərbi qələbə və üstünlük bizim tərəfdədir. İqtisadi, coğrafi, demoqrafik üstünlük də bizdədir - bunlardan ağılla istifadə etsək, normal, işlək sistem, hüqiqi dövlət qura bilsək tarixi üstünlük də bizdə olacaq..."
Paylaş:
Müəllif : Yazar
Tarix:12-01-2021, 13:09
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:12-01-2021, 13:09
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 10:19
Dünən, 10:17
Dünən, 09:00
Dünən, 08:30
4-09-2025, 16:01
4-09-2025, 15:59
4-09-2025, 15:58
4-09-2025, 11:45
4-09-2025, 09:32
4-09-2025, 09:07
4-09-2025, 08:23
3-09-2025, 20:54
3-09-2025, 10:22

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var