“Azərbaycanlılar gəldilər, sülhməramlılara xəritə göstərdilər, onlar isə çıxıb getdilər...” - KÖHNƏ TAĞLAR, ÇAYLAQQALA, KİÇİK VƏ BÖYÜK QALADƏRƏSİ KƏNDLƏRİNDƏ SON DURUM

Şuşa rayonunun Kiçik Qaladərəsi və Böyük Qaladərəsi, Laçın rayonunun Köhnəkənd kəndlərində, habelə Xocavənddə Azərbaycan ordusunun nəzarəti altında olan Köhnə Tağlar və Çaylaqqala kəndlərindəki son vəziyyətlə bağlı erməni mənbələri yeni məlumatlar yayıb.
Bu məlumatlara əsasən Kiçik Qaladərəsi və Böyük Qaladərəsi kəndlərinə gedən, Laçın-Şuşa yolundan başlayan yeganə dağ yolu Azərbaycan ordusunun nəzarətindədir. O cümlədən Kiçik Qaladərəsi kəndinə artıq Azərbaycan ordusunun bölmələri daxil olub. Həmin kəndə habelə Rusiya sülhməramlıları da gəliblər, danışıqlar gedir. Böyük Qaladərəsi kəndində isə hələlik sülhməramlılar yoxdur.
Xatırladaq ki, Kiçik Qaladərəsi və Böyük Qaladərəsi, habelə Köhnəkənd Laçın dəhlizindən cənubda, Azərbaycan ordusunun azad etdiyi ərazilərin dərinliklərində yerləşir. Hərbi əməliyyatlar zamanı həmin kəndlərdə yaşayan ermənilər oranı tərk etsə də son günlər bir qismi geri qayıdıb. Və erməni yaraqlılarının bir qrupu da orada mövqe tutub.
Xocavəndin Köhnə Tağlar kəndi isə artıq tamamilə Azərbaycan ordusunun nəzarətindədir, dekabrın 12-də ora göndərilən Rusiya sülhməramlıları Xankəndinə geri qayıdıblar. Kəndin qondarma “administrasiyasının” başçısı Eduard Ayvazyan deyib: “Kənddə Rusiya sülhməramlıları var idi, azərbaycanlılar onlara yaxınlaşdılar və dedilər ki, bu kənd onların nəzarətinə keçir. Sülhməramlılar isə çıxıb getdi. Azərbaycanlılar sülhməramlılarla sənədlərlə danışırdılar. İndi rusiyalı sülhməramlılar Stepanakertə (Xankəndi,-red.) gedirlər”,-Ayvazyan bir neçə saat əvvəl erməni KİV-lərinə belə deyib.
Köhnə Tağlar kəndinin inzibati ərazisi 5 min hektardır. Kənddə yaşayan ermənilər müharibə dövründə oranı tərk edib getmişdilər.
Çaylaqqala kəndinin də azərbaycanlıların tam nəzarətinə keçməsi zaman məsələsidir. Hazırda Azərbaycan ordusu kəndin ətrafındakı yüksəkliklərdə mövqe tutub. Kənddə rusiyalı sülhməramlılar olsa da onlar Çaylaqqalanı tərk etmək üçün əmr gözləyirlər. Bu haqda kəndin qondarma “administrasiyasının” rəhbəri Aleksandr Avanesyan bildirib.
Xatırladaq ki, dekabrın 12-də Rusiya Müdafiə Nazirliyi Köhnə Tağlar və Çaylaqqala kəndlərini Qarabağdakı sülhməramlı əməliyyatlar zonasına daxil edən xəritə dərc etmişdi. Bu xəritə Bakıda haqlı narazılıqlara səbəb oldu və dünən axşam Rusiya Müdafiə Nazirliyi xəritəni yenilədi. Və həmin kəndləri sülhməramlı əməliyyatlar zonasından çıxardı.
Paylaş:
Müəllif : Yazar
Tarix:15-12-2020, 17:55
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:15-12-2020, 17:55
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 10:19
Bu gün, 10:17
Bu gün, 09:00
Bu gün, 08:30
Dünən, 16:01
Dünən, 15:59
Dünən, 15:58
Dünən, 09:32
Dünən, 08:23
3-09-2025, 20:54
3-09-2025, 10:22

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var