"MÜXALİFƏT PAŞİNYANI DEVİRƏ BİLMƏYƏCƏK" - “O, Vaşinqtonu da, Kremli də qane edir”
“Ermənistandakı mövcud daxili siyasi fırtına kontekstində Nikol Paşinyan baş nazir kimi praktik olaraq əbədidir”.
Musavat.com-un məlumatına görə, bunu rusiyalı tanınmış tarixçi və politoloq Oleq Kuznetsov rusdilli Vesti.az-a açıqlamasında erməni müxalifətinin bu gün - 5 dekabrda Ermənistan baş nazirinin istefası tələbi ilə keçirdiyi kütləvi etiraz aksiyasını şərh edərkən bildirib.
“Mən əminəm ki, erməni müxalifəti Paşinyanı baş nazir kürsüsündən vurub yıxa bilməyəcək - nə bu gün, nə sabah, nə də o biri gün. Hazırda o, Ermənistanda yeganə şəxsdir ki, ölkənin resurslarına çıxışa və bu resursların idarə edilməsi üçün sərəncam vermək imkanına malikdir. Üstəgəl, ABŞ onun üçün məhdudiyyətsiz bir kredit xətti açıb. Paşinyanın özü isə Birləşmiş Ştatların Yerevandakı səfirliyinin 1600 “texniki işçisinin” - ABŞ dəniz piyadalarının ciddi mühafizəsi altındadır” , - deyə o qeyd edib.
Kuznetsov bu xüsusda Dağlıq Qarabağda atəşkəsə dair 10 noyabr tarixli üçtərəfli bəyanatın imzalanmasından sonra Paşinyanın üç gün məhz Amerika səfirliyində etirazçı izdihamdan gizlənməsinin əsla təsadüf olmadığını söyləyib.
Erməni müxalifətindən danışan politoloq N.Paşinyanın devrilməsi halında opponentlərin hakimiyyəti saxlamaq üçün güc, imkan və qaynaqlara malik olmadığını diqqətə çatdırıb. Onun sözlərinə görə, öz biznesini inkişaf etdirmək üçün yanlış strategiya seçən erməni diasporu hazırda gözümüzün qabağında yoxsullaşmaqdadır: “Odur ki, müxalifətin Şimaldan sponsorlar gözləməsinə ehtiyac qalmır, Qərb sponsorları isə Paşinyana oriyentasiya götürüb. İndilikdə Nikol Paşinyan əleyhinə bütün etirazlar əhalinin psixi enerjisinə söykənir, ancaq bu enerji tükənən kimi başqa bir qaynaq bazası qalmayacaq. Soyuq havaların başlaması ilə Paşinyana nifrət belə küçələrdə etirazçıları isidə bilməyəcək. Yeri gəlmişkən, Moskvada bunu gözəl başa düşürlər. Bunu həmçinin Putinin Paşinyanla artıq ortaq bir dil tapa bildiyinə dair ifadəsi də təsdiqləyir”.
Kuznetsovun fikrincə, şəxsən N. Paşinyan bu gün həm Vaşinqtonu, həm də Moskvanı kifayət qədər qanı edir.
“Ona görə də Moskva və Vaşinqtondan Ermənistandakı daxili siyasi proseslərə radikal müdaxilə gözləməyə dəyməz. Ölkədəki mövcud daxili siyasi fırtına kontekstində Paşinyan baş nazir kimi praktik olaraq əbədidir. Nikol Paşinyan hələ də müxalifətin ən “dəliqanlılarını” təcrid etmək üçün kifayət qədər gücə və qaynağa sahibdir. Yerdə qalan narazılar isə doyunca qışqır-bağır salandan sonra özləri sakitləşəcəklər” – politoloq sonda əlavə edib.
Paylaş:
Müəllif : Fuad
Tarix:6-12-2020, 10:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:6-12-2020, 10:50
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 10:19
Bu gün, 10:17
Bu gün, 09:00
Bu gün, 08:30
Dünən, 16:01
Dünən, 15:59
Dünən, 15:58
Dünən, 09:32
Dünən, 08:23
3-09-2025, 20:54
3-09-2025, 10:22
3-09-2025, 10:04

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto