Azərbaycanlı səfir Ukrayna telekanalında Ermənistanı ifşa etdi - VİDEO

Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyev bu ölkənin tanınmış UATV televiziya kanalına müsahibəsində Ermənistanın işğalçılıq siyasəti barədə ətraflı məlumat verib.
regionxeberlericom.az Modern.az-a istinadən xəbər verir ki, səfir bildirib ki, Ukrayna və Azərbaycan bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini birmənalı olaraq dəstəkləyir. İstər beynəlxalq, istərsə regional təşkilatlar olsun, ərazi bütövlüyü və suverenliyi məsələsində hər iki ölkə vahid mövqedən çıxış edir. A.Xudiyev qeyd edib ki, bu günlərdə Ukrayna Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş ərazilərində qondarma “seçkiləri”n tanınmaması haqqında bəyanat verib. Həmçinin rəsmi Bakı Krımda keçirilən “seçkilər”in legitimliyini tanımayıb. Bütün bunlar onu göstərir ki, Ukrayna və Azərbaycan bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşır.
Jurnalistin bəzən “Dağlıq Qarabağ münaqişəsini “dondurulmuş” münaqişə adlandırılması nə dərəcədə düzgündür?” sualına cavabında A.Xudiyev vurğulayıb ki, əgər qoşunların təmas xəttində və sərhəddə azərbaycanlı əsgər və zabit, mülki şəxs öldürülürsə, bu necə “dondurulmuş” münaqişə ola bilər?
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin “dondurulmuş” adlandırılması anlayışı ilə razılaşmıram. Bu günlərdə düşmən gülləsindən Azərbaycanın daha bir mülki şəxsi həlak oldu. Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı olmadığını dəfələrlə əməllərində sübut edib”.
A.Xudiyev verilişdə Ukrayna vətəndaşlarının bəzən aldadılaraq Azərbaycanın işğal olunmuş ərazilərinə aparıldığı məsələsinə də toxunub: “Biz Ukrayna ilə siyasi məsləhətləşmələrdə həmişə bildiririk ki, Azərbaycanın işğal olunmuş ərazilərinə səfərlər həm ölkə qanunvericiliyinin pozulmasıdır, həm də insanların həyatı üçün təhlükəlidir. Nəzarətsiz zonalara xarici ölkə vətəndaşların aparılması olduqca təhlükəlidir. Ona görə də Ukrayna Xarici İşlər Nazirliyi bir daha bu günlərdə rəsmi saytlarında vətəndaşlarını Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər etməməyə dair bəyanatla çıxış edib”.
Paylaş:
Müəllif : Yazar
Tarix:10-10-2019, 12:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:10-10-2019, 12:07
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 10:44
Bu gün, 10:38
Bu gün, 08:56
Dünən, 15:41
Dünən, 15:06
Dünən, 12:22
Dünən, 12:18
Dünən, 12:15

Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR

Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO

Ədliyyə naziri Fərid Əhmədova İKİNCİ AÇIQ MƏKTUB - Bu, bizə deyil, Sizə qarşı hörmətsizlikdir!

TƏBİB-in nəzarətsizliyi biabırçı nəticələr verir – Dövlət qurumlarında əxlaq tənəzzülü davam edir // VİDEO

İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO

AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir

Qida Sənayesi Kollecində Sevinc Həmzəyevanın təhsil adı altındakı "biznes" fəaliyyəti ARAŞDIRMA -II