reklam
Regionxeberlericom.az » Cəmiyyət » Trampın bəyanatına ironik cavab verdi

reklam

Trampın bəyanatına ironik cavab verdi
















“ABŞ Prezidenti Donald Trampın ötən gün səsləndirdiyi bəyanatlar Moskvaya dekorativ ultimatumdur”.

Bu sözləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “X” hesabında bildirib.

“Tramp Kremlə dekorativ ultimatum verib. Dünya titrədi, nəticələri gözləyir, müharibə aparan Avropa İttifaqı məyusdur. Rusiya bunu hiss etməyib”, - deyə, o ironik cavab verib.

Qeyd olunur ki, bu, Moskvanın Vaşinqtonun dünənki bəyanatlarına ilk rəsmi reaksiyasıdır.

Xatırladaq ki, ötən gün Tramp 50 gün ərzində Ukrayna ilə bağlı razılaşma əldə olunmayacağı təqdirdə Rusiya və onun ticarət tərəfdaşlarına qarşı 100%-lik gömrük rüsumları tətbiq edəcəyinə söz verib.




Paylaş:


Müəllif : Tarix:
Bu gün, 12:09
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər