reklam
Regionxeberlericom.az » Siyasət » “Moskvaya zərbə endirə bilərsən?” - Zelenskiyə bu sualı verdi

reklam

“Moskvaya zərbə endirə bilərsən?” - Zelenskiyə bu sualı verdi
















ABŞ prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə 4 iyul tarixli telefon danışığı zamanı Ukraynanın Moskvaya zərbə endirib-endirə bilməyəcəyini soruşub.

Bununla bağlı “Financial Times” mənbələrə istinadən məlumat yayıb.

Söhbət zamanı, ABŞ prezidenti yalnız Moskvaya deyil, həm də Sankt-Peterburqa təzyiqin artırılmasının vacibliyini ifadə edib: “Volodimir, Moskvaya zərbə endirə bilərsən? Sankt-Peterburqa da?”

Zelenski Trampın sualına cavab olaraq bildirib ki, belə bir əməliyyat yalnız Vaşinqton tərəfindən müvafiq silahların verilməsi halında mümkün ola bilər: “Əlbəttə. Əgər siz bizə silah versəniz, edə bilərik”.

Danışıqlardan sonra ABŞ rəsmiləri Ukraynaya üçüncü ölkələr vasitəsilə təmin edilə biləcək uzaqmənzilli zərbə sistemlərinin siyahısını təqdim ediblər.




Paylaş:


Müəllif : Tarix:
Bu gün, 14:52
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər