Avropa İttifaqı ABŞ-ın tariflərinə belə cavab verəcək
Avropa İttifaqı ABŞ-ın 1 avqustdan etibarən Aİ-dən gələn bütün idxala 30%-lik gömrük rüsumu tətbiq etmək qərarına cavab olaraq “Boeing” təyyarələri, burbon və avtomobillər də daxil olmaqla bir sıra Amerika məhsullarına qarşı cavab rüsumları tətbiq edə bilər.
Xarici agentliklər xəbər verir ki, bununla bağlı Avropa Komissiyası 206 səhifəlik sənəd hazırlayıb.
Avropa Komissiyası ABŞ-dan idxal olunan və ümumi dəyəri 72 milyard avro olan məhsulların siyahısını təqdim edib. Bu, Aİ-nin Amerika məhsullarına qarşı nəzərdə tutduğu ikinci cavab paketidir. İlk paket bu ilin yazında, ABŞ-ın Aİ-dən gətirilən polad və alüminiuma 10%-lik rüsum tətbiq etməsinə cavab olaraq hazırlanıb və ümumi dəyəri 21 milyard avro idi. Lakin Aİ həmin tariflərin qüvvəyə minməsini təxirə salıb, ümid edir ki, ABŞ ilə qarşılıqlı tariflərin ləğvi barədə razılıq əldə olunacaq. Bununla belə, ABŞ-ın Aİ polad və alüminiumuna tətbiq etdiyi rüsumlar qüvvədə qalır.
Yeni təqdim olunan siyahıya mühəndislik məhsulları, kimyəvi maddələr, plastiklər, tibbi cihazlar, elektrik avadanlıqları, şərablar və digər kənd təsərrüfatı məhsulları daxildir. Əvvəlki versiyada məhsulların ümumi dəyəri 95 milyard avro təşkil etsə də, şirkətlər və üzv dövlətlərlə aparılan məsləhətləşmələrdən sonra siyahı daraldılıb.
“Bloomberg”in məlumatına görə, məhsullar seçilərkən əsas meyarlardan biri həmin məhsullar üzrə alternativ təchizat imkanlarının mövcudluğu olub. Həmçinin logistika xərclərinin yüksəkliyi də nəzərə alınıb. İdxal olunan hərbi məhsullar isə rüsumlardan azad ediləcək.
Paylaş:
Müəllif : Fuad
Tarix:Bu gün, 15:12
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

TƏBİB-in nəzarətsizliyi biabırçı nəticələr verir – Dövlət qurumlarında əxlaq tənəzzülü davam edir // VİDEO

İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO

AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir