reklam
Regionxeberlericom.az » Gündəm » Şəhid ailəsinə məxsus torpaq sahəsi Adil Əliyevin adından zəpt edilir. VİDEO

reklam

Şəhid ailəsinə məxsus torpaq sahəsi Adil Əliyevin adından zəpt edilir. VİDEO








Azərbaycanda şəhid ailələrinin hüquqlarının qorunması üçün dəfələrlə çağırış edən ölkə rəhbərliyinə baxmayaraq, bəzi məmurlar bu müqəddəs ailələrə qarşı rəzalət dolu əməllərini davam etdirir.Belə ki, redaksiyamıza daxil olan məlumata görə, Kürdəxanı bələdiyyəsinin işçisi Pərviz adlı şəxs, sabiq icra başçısı Adil Vəliyevin adından istifadə edərək, şəhid ailəsinə məxsus torpaq sahəsini qanunsuz şəkildə zəbt edib.Bu, təkcə cinayət deyil, həm də mənəviyyatsızlıq nümunəsidir. Prezident İlham Əliyev dəfələrlə çıxışlarında şəhid ailələrinin problemlərinin həllinin prioritet olduğunu vurğulayıb. Amma görünən odur ki, bəzi məmurlar bu tapşırıqları açıq şəkildə saya salmır.Adil Vəliyevin adından istifadə edərək torpaq zəbt etmək – bu həm də hüquq-mühafizə orqanlarına açıq çağırışdır. Sual olunur: şəhid ailəsinin torpağını əlindən almaq hansı vicdana, hansı qanuna sığır?!İctimaiyyət bu məsələyə biganə qalmamalıdır. Məsul şəxslərin dərhal araşdırılması, torpağın sahibinə qaytarılması və bu qanunsuzluğa yol verənlərin cəzalandırılması üçün adekvat tədbirlərin görülməsinə çağırırıq.




Paylaş:


Müəllif : Tarix:
Bu gün, 12:24
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər