Bayden Ukraynaya Rusiya ərazisini vurmağa icazə verdi

ABŞ Prezidenti Co Bayden ilk dəfə Ukraynanın Birləşmiş Ştatların ATACMS uzaqmənzilli raketləri ilə Rusiyanın ərazisinə zərbələr endirməsinə icazə verib.
Bu barədə “The New York Times” mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, raketlər ehtimal ki, Rusiya və Şimali Koreya hərbçilərinə qarşı, Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsində müdafiəsini təmin etmək üçün istifadə olunacaq.
“Reuters” agentliyi isə yazır ki, Ukrayna yaxın günlərdə ilk hücumlarını həyata keçirməyi planlaşdırır.
Qeyd edək ki, ATACMS (Army Tactical Missile System) 165 kilometr uçuş məsafəsinə malikdir və kaset başlığı ilə təchiz edilib. Maksimum 300 kilometrədək hədəfləri vura bilən “yer-yer” tipli bu raketlər Amerikanın “Lockheed Martin” korporasiyası tərəfindən istehsal olunur.
Xatırladaq ki, Böyük Britaniya və Fransa Ukraynanın Qərbin uzaqmənzilli silahları ilə Rusiyanın dərinliklərinə zərbə endirməsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasının tərəfdarı olsa da, ABŞ bu zamana qədər icazə vermirdi. Qərb liderlərinin bu məsələ ilə bağlı müzakirələrini şərh edən Rusiya Prezidenti Vladimir Putin bildirmişdi ki, ölkəsinə uzaqmənzilli silahlardan zərbə endirmək üçün icazə verilməsi ABŞ və digər NATO ölkələrinin hərbi münaqişədə birbaşa iştirakı deməkdir.
Paylaş:
Müəllif : Fuad
Tarix:18-11-2024, 08:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var