Ərdoğandan İlon Maska Türkiyədə Tesla zavodu açmaq TƏKLİFİ
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda Tesla kompaniyasının sahibi İlon Maskla görüşüb.
Anadolu agentliyi xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan Tesla və SpaceX şirkətlərinin qurucusu İlon Maskı Nyu-Yorkdakı Türk Evində qəbul edib.
Görüş zamanı Prezident sahibkarı Tesla elektromobili istehsal edən yeddinci zavodu Türkiyədə açmağa çağırıb. Türkiyə lideri Ankaranın kosmik proqramı çərçivəsində ölkəsinin SpaceX ilə əməkdaşlığının potensial inkişafını vurğulayıb və İlon Maskı sentyabrın sonunda İzmir şəhərində keçiriləcək texnologiya sərgisində iştiraka dəvət edib.
Rəcəb Tayyib Ərdoğanın İlon Maskı Türkiyənin rəqəmsallaşma konsepsiyası və süni intellekt sahəsində milli strategiya haqqında məlumatlandırdığı da bildirilir.
Bu, Türkiyə Prezidenti ilə amerikalı sahibkar arasında ilk görüş deyil. Ötən ilin sonlarında onlar Qətərdə dünya çempionatının final matçı zamanı da görüşmüşdülər.
Paylaş:
Müəllif : Yazar
Tarix:18-09-2023, 09:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Cüdo Federasiyasında nə baş verir?- Hava limanında Kotsoyevin Tuncay Şamilli ilə insidenti…..

Ramiz Mehdiyevin olduğu deyilən villaya 1 milyonluq endirim - Yenə alıcı tapılmır...

Xalq artisti: “Münsif tələbəsinə 9 xal verirsə, digər iştirakçıların haqqı necə olsun?”

Məleykə Abbaszadənin “qadın və inək” dastanı – DİM sədri bəlkə özü də ana dilindən imtahan versin?!