reklam
Regionxeberlericom.az » Dünya » İlon Mask raket partlaması səbəbindən milyardlarla dollar itirdi

reklam

İlon Mask raket partlaması səbəbindən milyardlarla dollar itirdi


Amerikalı sahibkar İlon Mask son 24 saat ərzində SpaceX raket buraxılışının uğursuzluğu və məyusedici “Tesla” hesabatı səbəbindən sərvətindən  milyardlarla dollar itirib. 

Bu barədə “Bloomberg“ məlumat yayıb.

Elektrikli avtomobil istehsalçısı “Tesla”nın səhmləri şirkətin 2023-cü ilin birinci rübünün mübahisəli maliyyə hesabatına cavab olaraq azalmağa başlayıb və bu, analitiklərin gəlirlə bağlı gözləntilərinə uyğun gəlməyib. Sonra SpaceX tərəfindən hazırlanmış eksperimental Starship raketi havaya qalxdıqdan təxminən dörd dəqiqə sonra Meksika körfəzi üzərində partlayıb.

Aprelin 20-də keçirilən ticarət gününün nəticəsində “Tesla” kotirovkaları 9,75 faiz azalaraq 162,99 dollar olub. Nasdaq Composite indeksi eyni vaxtda 0,8 faiz azalaraq 12 059,56 bənd təşkil edib.

“Tesla” səhmlərinin düşməsi Maskın sərvətinə təsir edib. “Bloomberg Billionaires Index”ə görə, 24 saat ərzində 12,6 milyard dollar azalaraq bu ilin ən böyük aşağı düşməsi olub. İş adamının “Tesla” avtomobil şirkətində sahib olduğu səhmlər və opsionlar da daxil olmaqla, onun 163,9 milyard dollarlıq xalis sərvətinin əsas hissəsini təşkil edir.

Mask “Tesla” və “SpaceX”in baş icraçı direktorudur və eyni zamanda keçən il aldığı “Twitter” sosial şəbəkəsinə rəhbərlik edir. Əhəmiyyətli itkilərə baxmayaraq, o, fransız maqnatı Bernard Arnaultdan sonra dünyanın ikinci ən zəngin adamı olaraq qalır və bu il onun sərvəti “Tesla”nın kapitallaşmasının təxminən üçdə bir artması sayəsində 26,8 milyard dollar artıb.

Bu, milyarder üçün bu ay ikinci böyük şokdur. Aprelin əvvəlində İlon Mask bir həftə ərzində 14,5 milyard dollar itirib. Sonra onun kapitalı “Tesla”nın gəlirliliyi ilə bağlı investorların narahatlığı fonunda azalıb.





Paylaş:


Müəllif : Tarix:
21-04-2023, 16:45
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər