reklam
Regionxeberlericom.az » Sosial » Əli qabarlı neftçilərin hüquqları NECƏ POZULUR?.. - QANUN DEYİR Kİ...

reklam

Əli qabarlı neftçilərin hüquqları NECƏ POZULUR?.. - QANUN DEYİR Kİ...


 "2006-cı ildə 2-ci qrup əlillik alan və işdən azad olunan neftçinin əlilliyi 15 il sonra ləğv olunur. İndi işçi nə əlilliyini bərpa edə bilir, nə də əlilliklə bağlı azad olunduğu işə qayıda bilir". DİA.AZ bildirir ki, bunu öz "facebook" səhifəsində tanınmış insan hüquqları müdafiəçisi, “Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı” (NHMT) İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı bəyan edib.

Hüquq müdafiəçisi daha sonra istinadla bildirir: "Çox təəssüf ki, bu əmək münasibəti Əmək Məcəlləsi ilə birbaşa olaraq tənzimlənmir və nəticədə bu vəziyyətə düşən işçilər əziyyət çəkir, işlərini itirirlər. İşçi Tibbi Sosial Ekspert Komissiyasının qərarı ilə əmək əlili kimi 2-ci və ya 3-cü qrup əlillik dərəcəsi alır,lakin işəgötürən tərəfindən yüngül işlə təmin olunmur və onunla bağlanmış Əmək müqaviləsi Əmək Məcəlləsinin 74-cü maddəsinin c) bəndi ilə, "qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə" əsası ilə ləğv edilir.

5-10 il keçdikdən sonra isə TSEK-in qərarı ilə sağlamlığının bərpası və ya digər səbəblər ilə əlaqədar şəxsin əlilliyi ləğv edilir. Lakin işçi müxtəlif bəhanələrlə əvvəlki işinə bərpa oluna bilmir. Hesab edirəm ki, əlilliyin təyin edilməsi və əmək müqaviləsinin ləğvi işçinin iradəsindən asılı olmayan əsasla həyata keçirilirsə, sonradan işçinin sağlamlığı bərpa olunursa və əlilliyi ləğv edilirsə, bu halda işçinin əvvəlki vəzifəsinə bərpa olunmaq hüququ olmalıdır, bu barədə Əmək Məcəlləsində müvafiq dəyişikliklər və ya əlavələr edilməlidir. Xüsusən o hal da nəzərə alınmalıdlr ki, işçi bu xəsarəti istehsalatda alıb və bu əsasla işdən azad olunub.

Azər Quliyev"





Paylaş:


Müəllif : Tarix:
6-02-2023, 09:28
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər