reklam
Regionxeberlericom.az » Sosial » "Onlar məndən külli miqdarda məbləğ istədilər" - Babək sakini ŞOK FAKTLARI AÇIQLAYIR

reklam

"Onlar məndən külli miqdarda məbləğ istədilər" - Babək sakini ŞOK FAKTLARI AÇIQLAYIR


Babək rayon, Kültəpə kənd sakini Cəfərov Məhəmməd Cəmil oğlu tərəfindən Hurriyyet.az saytının redaskiyasına şikayət məktubu daxil olub. Şikayətçinin sözlərinə görə, o və qardaşı harınlamış polis məmurlarının özbaşınalıqlarına məruz qalıblar:

“Mən, Cəfərov Məhəmməd Cəmil oğlu, yazaraq sizə bildirirəm ki, qardaşım Cəfərov Coşquna haqsız yerə işgəncə verilib.

Bildirim ki, xalam oğlunu tutmuşdular. Mən də qardaşımla birlikdə Babək rayon polis bölməsinə getmişdik. İdarənin qarşısında qardaşım telefonla danışırdı və bu zaman əsəbləşərk danışdığı şəxsə nəlayiq söz işlətdi. Nəcmi adlı polis əməkdaşı bu danışığı eşidir və sözü özünə götürür.

Qardaşımı polis bölməsinin içinə çağırdılar. Mən də biraz gözlədim və dözməyib içəri girdim. Girəndə gördüm ki , qardaşım dizi üstə durub, polis ona işgəncə verir, ağır söyüşlər söyür. Mən soruşdum ki, niyə belə edirsiniz? Nəcmi və Sabir adlı polislər mənə hücum çəkdilər və təhqir edərək bildirdilər ki, sən bilirsən kiminlə danışırsan? Mən dedim ki, sizə kim səlahiyyət verib, vətəndaşa belə işgəncə verir, təhqir edirsiniz?

Mən çıxdıqdan sonra polislər qardaşımı yenidən təhqir edib və əziyyət veriblər. Elşən Babayev qardaşımın əllərini ayaqlayaraq deyib: “De ki, Elşən müəllim Babək rayonunun şefidir”

Onlar məndən külli miqdarda məbləğ istədilər. Mən ordan pul tapmaq üçün çıxdım. Cıxdıqdan sonra şöbə rəisi Teymur adlı polis də qardaşıma işgəncə verib, təhqir edib.

Biz atamla şöbəyə qayıtdıq və qardaşımı içərdən çıxartdıq. Qardaşım yarı yolda ağrısı olduğunu dedi, atam dözə bilmədi və biz yenidən şöbəyə qayıtdıq. Atam soruşdu ki, bu uşağı kim belə döyüb? Elşən Babayev dedi ki, mən döyüb təhqir etmişəm və yaxşı eləmişəm. Atam dedi ki, mən Ali Məclisə gedib şikayət edəcəm ki, oğlumu niyə bu günə salıblar? Elşən müəllim bizə dedi ki , hara istəyirsiniz, ora da şikayət edin.

Biz hara uz tutduqsa, şikayətimizə baxan olmadı”. //Hurriyyet.az//




Paylaş:


Müəllif : Tarix:
18-01-2023, 16:22
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər