reklam
Regionxeberlericom.az » Sosial » Xankədi Azərbaycana İNTEQRASİYA OLURMU? - Hansı erməni gedir... hansı erməni gəlir..: BU BOŞ ŞEYDİR!

reklam

Xankədi Azərbaycana İNTEQRASİYA OLURMU? - Hansı erməni gedir... hansı erməni gəlir..: BU BOŞ ŞEYDİR!


Xəbər verildiyi kimi, yanvarın 14-də erməni mediasında özünü Azərbaycan torpaqlarındakı separatçı-terrorçu rejimin "dövlət naziri" elan edən Ruben Vardanyanın "tutduğu vəzifədən" azad ediləcəyi haqda məlumatlar yayılıb. İddialara görə, Vardanyanı qondarma rejimin hazırkı qondarma “daxili işlər naziri" Karen Sarkisyan əvəz edəcəkdi. Eləcə də “prezident” Arayik Arutyunyan və qanunsuz “parlament” rəhbərinin də istefa verəcəyi barədə informasiyalar gündəmə gəlib.

Regionxeberlericom.az moderator.az-a istinadla xəbər verir ki, Xankəndində baş verən “hakimiyyət” didişmələri haqda yeni məlumatlar yayılıb.

“Xüsusilə, indiki vəziyyətdə istefa vermək fikrində deyiləm. Eyni zamanda, ölkə prezidentinin(qanunsuz və qondarma-S.L.) və deməli, parlamentin(qanunsuz və qondarma-S.L.) də istefası qəbuledilməzdir”. R.Vardanyan yanvarın 14-i axşam “Facebook”-da belə yazıb.

Erməni teleqram-kanallarının yaydığı son məlumata görə, yanvarın 15-i axşam Xankəndində Kremlin himayə etdiyi separatçı-terrorçu rejimin “təhlükəsizlik şurası”nın təcili iclası keçirilib.

İclasda əldə edilən razılaşmaya əsasən, qondarma "dövlət naziri" Ruben Vardanyan öz “vəzifə”lərini yerinə yetirməyə davam edəcək, lakin bundan sonra siyasi bəyanatlarla çıxış etməyəcək...

P.S. Rusiya və Qərb kəşfiyyatlarının Güney Qafqazdakı üzdə görünməyən savaşı Xankəndində də özünü büruzə verməyə başlayır. Erməni mediası da xeyli vaxtdır Qarabağda Paşinyan tərəfdarları olan sorosçuların fəallığından yazırlar. Ancaq əsas üstünlük hələki Moskva tərəfindədir. Vardanyanın vurulma cəhdlərinin reallıq, yoxsa Azərbaycanın başını qatmaq üçün bir manipulyasiya olduğunu yaxın müddətdə görəcəyik...




Paylaş:


Müəllif : Tarix:
16-01-2023, 09:34
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər