reklam
Regionxeberlericom.az » Sosial » “Akabe” MMC - MƏHKƏMƏYƏ VERİLİB

reklam

“Akabe” MMC - MƏHKƏMƏYƏ VERİLİB


“Akabe” MMC-yə gömrük qaydaları əleyhinə olan və malların saxlanca qoyulması və saxlanc qaydalarının pozulmasına görə inzibati xəta protokolu tərtib olunub

Regionxeberlericom.az FED.az-a istinadla xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsinə görə Malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

İşə Bakı Şəhər Binəqədi Rayon Məhkəməsində hakim Aynurə Sadıqovanın sədrliyi ilə baxılacaq.

Xatırladaq ki, İnşaat materiallarının istehsalı və satışı ilə məşğul olan şirkət 2000-ci ildən etibarən fəaliyyət göstərir.




Paylaş:


Müəllif : Tarix:
12-12-2022, 15:03
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər