reklam
Regionxeberlericom.az » Sosial » Əmək pensiyaları sahəsində qanunvericiliyin pozulmasına dair elektron protokolun forması təsdiqlənib

reklam

Əmək pensiyaları sahəsində qanunvericiliyin pozulmasına dair elektron protokolun forması təsdiqlənib

















Nazirlər Kabinetinin "İnzibati xəta haqqında protokolun, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarın və inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardadın formalarının təsdiq edilməsi haqqında" qərarında dəyişiklik edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla "Əmək, məşğulluq, əmək pensiyaları, sosial müavinətlər və icbari sığorta sahələrində qanunvericiliyin pozulması ilə əlaqədar tərtib edilən inzibati xəta haqqında Elektron Protokol”un forması təsdiq edilib. İnzibati Xətalar Məcəlləsinin 127-4.1-ci maddəsinə əsasən inzibati xəta haqqında Elektron Protokol tərtib edildikdə, inzibati cərimənin məbləği həmin inzibati xətaya görə məsuliyyət nəzərdə tutan həmin Məcəllənin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan cərimənin aşağı həddində müəyyən olunur. Barəsində inzibati xəta haqqında Elektron Protokol tərtib edilmiş hüquqi şəxs, o cümlədən onun vəzifəli şəxsi inzibati cəriməni həmin Protokol ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində ödədikdə protokolla razılaşmış olur və həmin Protokol eyni məzmunlu inzibati tənbeh vermə haqqında Elektron Qərar hesab edilir. Qeyd olunan müddətdə cəriməni ödəmədikdə həmin Protokol baxılması üçün 1 (bir) gün müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məhkəməyə göndəriləcək.

Bundan əlavə, “Əmək, məşğulluq, əmək pensiyaları, sosial müavinətlər və icbari sığorta sahələrində qanunvericiliyin pozulması ilə əlaqədar çıxarılan inzibati tənbeh vermə haqqında Elektron Qərar”ın forması təsdiq edilib.

Bununla da İnzibati Xətalar Məcəlləsinin 127-4.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında Elektron Qərar çıxarıldıqda inzibati cərimənin məbləği həmin inzibati xətaya görə məsuliyyət nəzərdə tutan həmin Məcəllənin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan cərimənin aşağı həddində müəyyən olunur. İnzibati cərimə inzibati xəta törətmiş şəxs tərəfindən bank, poçt, plastik kart və ya internet vasitəsilə ödənilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-4.1-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında Elektron Qərar çıxarılmış fiziki şəxs və ya vəzifəli şəxs Qərarla razılaşmadığı hallarda həmin Qərar ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsi ilə müəyyən olunmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət “ASAN ödəniş” sistemi vasitəsilə və ya şəxsən verilə, yaxud poçt vasitəsilə göndərilə bilər.





Paylaş:


Müəllif : Tarix:
3-03-2022, 11:25
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər