Çində ilk azərbaycanşünaslar ali təhsillərini başa vurdular

Çinin nüfuzlu ali təhsil ocaqlarından biri olan Pekin Xarici Dillər Universiteti (PXDU) Azərbaycan dili ixtisası üzrə ilk məzunlarını buraxıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, PXDU-nun Asiya fakültəsinin Azərbaycan dili kafedrasının yaradıcısı və müdiri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev bildirib ki, bakalavr mərhələsini başa vuran 4-cü kurs tələbələri Azərbaycan dili, tarixi, mədəniyyəti, Qarabağ həqiqətləri və digər mövzularda diplom işlərini uğurla müdafiə ediblər.
“Azərbaycan dilinin xaricdə tədrisi və yerli azərbaycanşünas kadrların yetişdirilməsi olduqca vacib amildir. Bu, Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında, tarix və mədəniyyətimizin dünyada təşviqində mühüm rol oynaya bilər”, - deyə soydaşımız əlavə edib.
Məzunlardan Vanq Syüən və Li Yüşan deyiblər ki, tədrisə başladıqları ilk gündən Azərbaycan dilini, mədəniyyətini seviblər və bacardıqları qədər ölkəmizi daha dərindən kəşf etməyə çalışıblar. Magistraturada təhsillərini davam etdirəcəklərini vurğulayan məzunlar ilk azərbaycanşünas kadrlar kimi ölkələrimiz arasında müxtəlif sahələrdə münasibətlərin inkişafı üçün çalışmağa və töhfələr verməyə hazır olduqlarını söyləyiblər.
4 il ərzində tələbələr həm də Azərbaycan dili kafedrasının ölkəmizlə bağlı həyata keçirdiyi müxtəlif layihə və tədbirlərdə yaxından iştirak ediblər. “Nəsimi ili”ndə “Azərbaycan dili və ədəbiyyatı sərgisi”nin təşkilində fəallıq göstəriblər, “Nizami ili”ndə isə dahi Azərbaycan şairi və mütəfəkkirinin 880 illiyi münasibətilə çap olunmuş “Nizami irsi” jurnalında tələbələrin 11 araşdırma məqaləsi və tərcümə işi işıq üzü görüb.
Qeyd edək ki, Çinin Təhsil Nazirliyinin qərarına əsasən, 2018-ci ildən etibarən PXDU-da Azərbaycan dili ixtisası üzrə qəbul həyata keçirilib. Ölkənin Xarici İşlər Nazirliyi və digər dövlət qurumları üçün kadrlar hazırlayan bu universitetdə 100-dən çox xarici dil tədris edilir.
Paylaş:
Müəllif : Yazar
Tarix:13-06-2022, 17:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB