10 milyonluq dəftərxana “xərci” qalmaqalı böyüyür - YEYİNTİ

Ucar Rayon Mərkəzi Xəstəxanasının bir illik dəftərxana xərclərinə 10 milyon manatlıq tender elanı və bu tenderi “Köçəkli” MMC tərəfindən qazanılması ilə bağlı xəbərlər mediada müzakirə olunur
Mütəxəssislər bu məbləğdə dəftərxana xərcinin qeyri-mümkün olduğunu bildirdilər.
Mövzu ilə bağlı “Yeni Sabah”a açıqlama verən keçmiş deputat, ekspert Nazim Bəydəmirli də 10 milyon manatı bir ildə bir xəstəxanada dəftərxana işlərinə xərclənməsini mümükünsüz hesab edir. O bildirib ki, bu, pul silmək ilə bağlı bir əməliyyatdır və bu əməliyyat yalnız qurum sahibinin şəxsi biznes marağına xidmət edir.
Ekspert vurğulayır ki, Azərbaycanda tenderlərin yalnız kağız üzərində baş verdiyi haqqında hətta orta sinif şagirdlərinin də məlumatı var: “Çox təəssüf edirəm ki, dövlət satınalınmaları haqqında qanun olsa belə əməl olunmur. Hətta bununla bağlı agentlik də var idi. Bu barədə kifayət qədər danışılıb, həm Milli Məclisin deputatları, həm də müxtəlif ekspertlər tərəfindən.
Bununla bağlı jurnalist araşdırmaları da var və bu jurnalist araşdırmalarında sübut olunub ki, “Azərişıq”ın rəhbəri, “Azərsu” rəhbəri yeni təyin olunan zaman bir ayda yeni yaradılmış şirkətlərə, öz yaxın qohumlarının, öz ailə üzvlərinin şirkətlərinə 100 milyon manatlarla olan tenderləri vermişlər. Qanunvericilik birbaşa bu sahədə təcrübəsi olmayan, işləməyən şirkətlərin belə tenderdə iştirakını qadağan edir.
Təbii ki, hər bir belə fakt araşdırılmalıdır. Qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunmalıdır və dövlətə vurulmuş ziyan ödənilməlidir. Necə ki, biz hər il şahidi oluruq, Hesablama Palatasının müvafiq hesabatlarında büdcə vəsaitlərinin hesablanması ilə bağlı çox təəssüf edirik ki, çox xırda rəqəmlər səsləndirilir. Bu rəqəmlər açıq-aşkar cinayət məsluyyəti yaradırki, bu da ən uzağı hər hansı bir məmurun işdən kənarlaşması faktı ilə nəticələnir.
Əlbəttə ki, bütün ölkələrdə korrupsiyaya meyl var. Amma Azərbaycanda “məmur sahibkarlığı” adlandırılan məfhum bütün sahələri iflic vəziyyətə salıb. Həmin tenderlerdə dövlət vəsaiti mənimsəmək, vəsaiti şəxsi məsələlər üçün istifadə etmək və pul silməkdən başqa bir şey deyildir.
İndi bütün hesabatlar elektron formada verilir. Ayrıca bir informasiya texnologiyalarından istifadə bu xərcələri azaldıb. Mən burda aylıq xərcin heç 100 AZN-i keçmədiyi qənaətindəyəm.
Bizim klinika balaca klinikadır, sosial kilinikadır. Bu dəftərxana xərclərinin üzərinə kortic dəyişdirilməsi xərclərini gəlsək belə, çox cüzi xərclərdir. Bu xərclər heç ümumi xərclərin 1%-i də deyil. Müqayisə etmək lüzumsuzdur.
Özünə hörmət edən orqanlar bürokratiyanı azaltmalıdırlar. Bundan əlavə çalışırıq ki, dövlət satınalmaları sahibkarlar tərəfindən bölüşdürülsün. Deyək ki, hər hansı bir saytın satın alınması adı altında müxtəlif tenderlər keçirirlər və burda katastrofik, astronamik qiymətlər ortaya çıxır. Milyonlarla manatlar hansısa saytın, informasiya resurslarının yaradılmasına xidmət edir. Mən başa düşürəm ki, bəzi dövlət orqaqnları təhlükəsizlik məqsədilə vəsait xərcləyə bilər və bu lazımdır. Ancaq bunlar milyonlarla manatlarla ölçülməməlidir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:11-07-2019, 16:57
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:11-07-2019, 16:57
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 08:25
Dünən, 21:06
Dünən, 12:37
Dünən, 10:32
Dünən, 10:30
Dünən, 10:27
26-08-2025, 14:05
26-08-2025, 12:33
26-08-2025, 12:29
26-08-2025, 09:44
26-08-2025, 09:29
26-08-2025, 08:42
25-08-2025, 14:43
25-08-2025, 11:59
25-08-2025, 11:52

Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi mənim evimi əlimdən aldı” – Sabirabad sakini Prezidentə müraciət edir

Sağlam adamlar 1-ci qrup əlillik dərəcəsi alır, gerçək xəstələr isə kənarda qalır –ŞOK GÖRÜNTÜLƏR / VİDEO

Gəncə faciəsinin arxasında gizlənən korrupsiya – Zərərçəkmişlərin haqqı kimlərin ciblərinə gedir?

Deputatın külli miqdarda çox vergi borcu olan şirkəti Lənkəran Dövlət Universitetinin tenderini uddu / VİDEO

Vergi borcu olan şirkət Zakir Quliyevin rəis olduğu qurumdan daha 3 tender uddu - FOTOFAKT

İcra hakimiyyətinin işçiləri dövlət torpaqlarını kənar şəxslərə satırlar - Bu cavan başçıda belə....

"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -səbəb göstərilmədən əmək müqavilələrinə xitam verilir

VƏLİYEVLƏRİN TİCARƏT MƏRKƏZİ HƏRRACA ÇIXARILIR -Hər ay toplanan yüz minlər hara xərclənib?

“Karkas” ASC-də Eldar Mahmudov izi və icarədar qalmaqalı – Vergi və məhkəmə ziddiyyətləri

Bu hospitalda cərrah əvəzinə "dəllal"lar işləyir: Nilufəri ÖLDÜRƏN HƏKİM niyə həbs olunmur? - VİDEO

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi şikayətçilərini - "SATIR?"

"Qudalar agentliyi" su sistemini necə çökdürür: şok faktlar - daha bir ailə üzvünə də vəzifə verdilər!

Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərindən biri LƏĞV EDİLDİ