“Kasıbıq deyə, başımıza oyun açılmalıdır?” - GİLEY

“Qızım Fəridəni kəndimizin 2 sakini döyüb. Hadisə qızım qoyun otararkən olub. Uşaq 2-ci qrup əlildir. Şikayət edirəm, baxmırlar. Qızımı döyən Abbas Tərlan oğlu Eyyublu və Şəhriyar Məzahir oğlu Mənsimovdur. Ortalıqda gəzirlər, onlara qarşı heç bir tədbir görülmür”.
Goranboy rayonu, Əlirzalı kənd sakini Firduz Dəmirova belə deyir. “Yeni Müsavat”a müraciət edən yaşlı qadının sözlərinə görə, şikayətlərinə baxan yoxdur: “Şəhid bacısıyam. Gedirəm, məni qapıda qarşılayıb yola salırlar ki, bəs işə baxacağıq. İşə baxan yoxdur. Hadisə may ayında olub. Bu günədək də qızımın bədənində xəsarət izləri var. Qızım qaçıb canını qurtarmasaydı, bəlkə onu şikəst edərdilər. Məni get-gələ salıblar. 23 yaşlı qızımın döyülmə səbəbi kimi guya qoyunların onların ərazisinə buraxılması göstərilir. Əslində isə məsələ başqa cürdür, sadəcə, araşdıran yoxdur”.
Firduz Dəmirova deyir ki, məsələnin obyektiv araşdırılmasını istəyir: “Baş prokuror Zakir Qaralova, daxili işlər naziri Vilayət Eyvazova müraciət edirəm. Bu adamlar mənə açıq-aşkar deyirlər ki, get hara istəyirsən şikayət elə, biz bu işin başını bağlamışıq. Biz kasıbıq deyə başımıza oyun açılmalıdır? Xahiş edirəm qızımın döyülməsi, təhqir olunması məsələsi nəzarətə götürülüb araşdırma aparılması təmin olunsun”.
Paylaş:
Müəllif : Yazar
Tarix:10-07-2019, 09:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:10-07-2019, 09:19
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 08:25
Dünən, 21:06
Dünən, 12:37
Dünən, 10:32
Dünən, 10:30
Dünən, 10:27
26-08-2025, 14:05
26-08-2025, 12:33
26-08-2025, 12:29
26-08-2025, 09:44
26-08-2025, 09:29
26-08-2025, 08:42
25-08-2025, 14:43
25-08-2025, 11:59
25-08-2025, 11:52

Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi mənim evimi əlimdən aldı” – Sabirabad sakini Prezidentə müraciət edir

Sağlam adamlar 1-ci qrup əlillik dərəcəsi alır, gerçək xəstələr isə kənarda qalır –ŞOK GÖRÜNTÜLƏR / VİDEO

Gəncə faciəsinin arxasında gizlənən korrupsiya – Zərərçəkmişlərin haqqı kimlərin ciblərinə gedir?

Deputatın külli miqdarda çox vergi borcu olan şirkəti Lənkəran Dövlət Universitetinin tenderini uddu / VİDEO

Vergi borcu olan şirkət Zakir Quliyevin rəis olduğu qurumdan daha 3 tender uddu - FOTOFAKT

İcra hakimiyyətinin işçiləri dövlət torpaqlarını kənar şəxslərə satırlar - Bu cavan başçıda belə....

"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -səbəb göstərilmədən əmək müqavilələrinə xitam verilir

VƏLİYEVLƏRİN TİCARƏT MƏRKƏZİ HƏRRACA ÇIXARILIR -Hər ay toplanan yüz minlər hara xərclənib?

“Karkas” ASC-də Eldar Mahmudov izi və icarədar qalmaqalı – Vergi və məhkəmə ziddiyyətləri

Bu hospitalda cərrah əvəzinə "dəllal"lar işləyir: Nilufəri ÖLDÜRƏN HƏKİM niyə həbs olunmur? - VİDEO

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi şikayətçilərini - "SATIR?"

"Qudalar agentliyi" su sistemini necə çökdürür: şok faktlar - daha bir ailə üzvünə də vəzifə verdilər!

Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərindən biri LƏĞV EDİLDİ