Kirayə mənzillər ipoteka kreditini “vurur”? - GƏLİŞMƏ

2019-cu ildə Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 173,3 milyon manat ipoteka krediti verilib.
Bu, 2018-ci illə müqayisədə 36,4% azdır. Mərkəzi Bankın xəbərinə görə, ötən il Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə illik müqayisədə 9,8% azalaraq 220,4 milyon manata, qiymətli kağızlar bazarında istiqraz buraxmaq yolu ilə cəlb etdiyi vəsaitlərin məbləği isə 25% azalaraq 150 milyon manata düşüb. Hesabat dövründə İKZF-yə dövlət büdcəsindən ayrılmış vəsait isə 20% azalaraq 80 milyon manat olub.
Evsizlik problemi aktual olduğu bir vaxtda ipoteka kreditləri niyə azalıb?
Əmlak məsələləri üzrə ekspert Pərviz Qulami “Cümhuriyət” qəzetinə açıqlamasında xatırladıb ki, ötən il Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondu yeni layihənin - kirayə mənzil layihəsinin icrasına başlayıb:
“Satmaq öhdəliyi ilə kirayə mənzillərin alınması Fondun balansı hesabına reallaşıb. Yəni həmin mənzillər nağd vəsaitlər hesabına alınıb. Fondun maliyyə resurslarının bir hissəsi həmin mənzillərin alınmasına yönəlib deyə, birbaşa ayrılan kreditlərin həcmi azalıb”.
Ümumiyyətlə, kirayə mənzil mexanizminin işə düşməsi ipoteka kreditlərinə olan tələbata təsir edibmi?
Ekspert deyir ki, kirayə mənzillər ipoteka kreditlərinə olan marağı azaltmayıb:
“Çünki kirayə layihəsinin adi ipoteka layihəsindən fərqi odur ki, burada Fondun təqdim etdiyi konkret mənzillər nəzərdə tutulur. Qeyd olunduğu kimi, bunlar konkret 4 ünvanda olan mənzillərdir. Bu heç də bütün alıcıların zövqünə və tələbinə uyğun deyil. Heç də hər kəs eyni yerdən mənzil almaq fikrində olmaya bilər. Ona görə də adi qaydada ipoteka kreditləri almaq istəyən vətəndaşlar var. Bizdə olan məlumatlara görə, bununla bağlı banklara kifayət qədər müraciət var, həmin şəxslər yeni kredit xəttinə açılmasını gözləyirlər. Yəni tələbat azalmayıb”.
Bəs aztəminatlı ailələr üçün kirayə mənzillər ipoteka kreditlərindən fərqli üstünlüklər vəd edirmi?
Pərviz Qulami deyir ki, kirayə mənzil layihəsinin əsas üstünlüyü ilkin ödənişin aşağı olmasıdır:
“İpoteka kreditlərində Fondun tələbinə uyğun olaraq, mənzilin ən azı 30 faizi ilkin ödəniş kimi ödənilməlidir. Əgər vətəndaş 100 min manatlıq ev alırsa, avtomatik olaraq 30 min manat ilkin ödəniş etməlidir. Kirayə evlərdə isə 12 aylıq kirayə haqqı ilkin ödəniş olaraq ödənilir. Təxminən aylıq kirayə haqqı 400 manatdan götürülərsə, bu 4800 manat edir. Bu baxımdan da kirayə mənzil mexanizmi aztəminatlı ailələr üçün daha əlverişlidir. Amma 30 faiz ilkin ödənişi etmək imkanı olanlar ipoteka götürməyə meyillidirlər”.
Paylaş:
Müəllif : Yazar
Tarix:3-02-2020, 09:30
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:3-02-2020, 09:30
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 10:19
Dünən, 10:17
Dünən, 09:00
Dünən, 08:30
4-09-2025, 16:01
4-09-2025, 15:59
4-09-2025, 15:58
4-09-2025, 11:45
4-09-2025, 09:32
4-09-2025, 09:07
4-09-2025, 08:23
3-09-2025, 20:54
3-09-2025, 10:22

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var