Əvəz Ələkbərov parlament seçkilərinə GEDİR? - "...yeni parlamentdə fayda verə bilərəm..."
Eks-maliyyə naziri, BMT-nin “Sülh səfiri”, UNEC-in “Maliyyə və maliyyə institutları” kafedrasının müdiri, “Professorlar klubu”nun rəyasət heyətinin sədri, Respublikanın əməkdar müəllimi, professor Əvəz Ələkbərov son günlərin ən çox müzakirə olunan məsələsi – növbədənkənar parlament
seçkiləri ilə bağlı Modern.az-la həmsöhbət olub.
- Əvəz müəllim, Milli Məclisin buraxılması və növbədənkənar seçkilərlə bağlı fikirlərinizi bilmək istərdik.
- Hamımızın bildiyi kimi, ölkəmizdə çoxlu yeniliklər baş verir, struktur, kadr islahatları, Prezident İlham Əliyevin çoxlu çağırışları var. Həmin çağırışlar bütün cəmiyyətimizi əhatə edir. Ona görə də, yeni çağırışları dəstəkləyən, onlara rəvac verən, nisbətən cavanları təmsil edən, müasir Parlament etiketlərinə cavab verən yeni Milli Məclisin formalaşması labüddur.
- Milli Məclisin qəbul etdiyi qanunlar yetərlidirmi? Sizi qane edirmi?
- Düşünürəm ki, Azərbaycan Respublikasında qəbul edilmiş qanunlar çox sivildir, qabaqcıl ölkələrin qanunvericilik aktlarından geri deyil və beynəlxalq təcrübəyə əsaslandırılıb. Əlbəttə, qəbul olunmuş qanunların yaxşı icra mexanizmləri olmalıdır ki, onlar yaxşı işləsinlər.
- Sizcə, iqtisadi sahədə hansı yeni qanunlar qəbul edilməlidir?
- Mənim fikrimcə bizim iqtisadi qanunvericilik aktlarımız normaldır və onlar bugünkü şəraitə cavab verir. Amma düşünürəm ki, onların üzərində işləmək zəruridir, “Rəqabət haqqında” qanunun qəbul edilməsinə, “Büdcə Məcəlləsi haqqında” qanunun qəbul edilməsinə ehtiyac görürəm.
- Əvəz müəllim, yeni Parlamentdə təmsil olmaq istəyərdinizmi?
- Hələ mən bu barədə heç düşünməmişəm. Amma öz xarakterimə görə, belə deyə bilərəm ki, mən harada olsam xalqıma fayda vermək missiyasını həyata keçirərəm. Bildiyiniz kimi, mən elmi və pedaqoji faəliyyətlə məşğulam və Yeni Azərbaycan Partiyasının üzvüyəm. Məni ümummilli lider Heydər Əliyev bu partiyaya qəbul edib. Neçə illərdir daim ölkəmizdə gedən islahatları dəstəkləmişəm və partiyamızın ideyalarına sadiqəm. Əgər partiyamız məsləhət bilsə ki, mən yeni parlamentdə fayda verə bilərəm, onda mən bu barədə qərar verərəm.
- Siz yaşlı və cavan kadrların birgə işləməsindən yaxşı nəticə gözləyirsinizmi?
- Əlbəttə, cavan nəsil yaxşı təcrübə toplamalı və püxtələşməlidir. Yaşlı nəsil öz bildiklərini cavan nəslə ötürməlidir. İnsanlar var ki, 80 yaşında da işqabiliyyətlidirlər və cəmiyyətə fayda verirlər. Bir dəfə Norvecdə idim, mətbuatda 85 yaşlı bir kişiyə cavan bir adam “qoca”demişdi. Ona görə 85 yaşlı onu məhkəməyə vermişdi ki, hələ mən qocalmamışam.
Paylaş:
Müəllif : Yazar
Tarix:5-12-2019, 15:59
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:5-12-2019, 15:59
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 10:19
Dünən, 10:17
Dünən, 09:00
Dünən, 08:30
4-09-2025, 16:01
4-09-2025, 15:59
4-09-2025, 15:58
4-09-2025, 11:45
4-09-2025, 09:32
4-09-2025, 09:07
4-09-2025, 08:23
3-09-2025, 20:54
3-09-2025, 10:22

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var