Bu problem Masallıda köhnə başçıdan qalıb... - Müraciət...

Masallı rayonu Boradigah qəsəbəsinin bir qrup sakini Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ediblər. Sherg.az-ın xəbərinə görə, müraciətdə deyilir:
“Hörmətli Prezident, hörmətli Mehriban xanım, öncə nəzərinizə çatdıraq ki, bizim-Masallı rayonu Boradigah qəsəbəsinin bir qrup sakininin Sizə ünvanlanan bu müraciəti həmdə 10-dan artıq kəndin sakinlərinin arzusudur. Problemi diqqətinizə çatdırmazdan öncə Bakı-Astara yolunun yüksək səviyyədə yenidən qurulmasına görə Sizə təşəkkür edirik. İndi bu yol əvvəlkindən çox rahat, üstəlik vaxt baxımından xeyli səmərəlidir. Amma problem ondadırki hal-hazırda ölkənin ən böyük qəsəbələrindən olan Boradigah və 10-dan artıq kəndi bu magistralla birləşdirən, təxminən 6 kilometrlik yol (Boradigah-Qumbaşı) dağılmış vəziyyətdədir. Bu səbəbdən minlərlə sakin mənzil başına çatmaq üçün alternativ yollardan (Musaküçə-lürən və Masallı şəhərinin içi) istifadə etmək məcburiyyətində qalıb. Sizin bir müddət əvvəl dağılmış yollarla bağlı Avtomabil Yolları Dövlət agentliyinin rəhbəri Saleh Məmmədova verdiyiniz qəti tapşırıqdan sonra biz problemlə bağlı bu quruma müraciət etdik. Amma bizə verilən rəsmi cavabda deyildiki, bəhs etdiyimiz yol onların balansında deyil. Bunun üçün mütləq hokumətin problemə müdaxiləsi lazımdır.
Hörmətli prezident, hörmətli Mehriban xanım, bilirik ki, bu yaxınlarda Sizlərin təşəbbüsünüzlə dahi şair İmadəddin Nəsiminin 650 illiyi münasibətilə Ələt-Astara magistralının Masallıdan keçən hissəsinin hər iki tərəfində yaşıllıq zolağı salınacaq. Sizlərdən xahiş edirik ki, bu xeyirxah işlə paralel Boradigah-Qumbaşı yolunun bərpası barədə də göstəriş verəsiniz. Öncədən təşəkkür edirik”.
Paylaş:
Müəllif : Yazar
Tarix:26-11-2019, 09:57
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:26-11-2019, 09:57
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 10:19
Bu gün, 10:17
Bu gün, 09:00
Bu gün, 08:30
Dünən, 16:01
Dünən, 15:59
Dünən, 15:58
Dünən, 09:32
Dünən, 08:23
3-09-2025, 20:54
3-09-2025, 10:22

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var