“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin rəisini qoruyan "gizli əllər" kimlərdir?- İDDİA

Hazırda “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin rəisi vəzifəsində çalışan Rəşidov Mustafa Süleyman oğlu vətəndaşın qanuni yolla aldığı, hər bir sənədinin düzgün olduğu torpağına çıxarış verməmək üçün peçatsız blanklardan istifadə edir və imtina qərarı çıxarır. Ancaq ən savadsız adam da bilir ki, bir idarə möhür və peçat olmadan sənəd verirsə, bu, qanunsuzluqdur və heç bir hüquqi sənəd statusu daşımır.
Bu iddia ilə jurnalist Sakit Muradov sosial şəbəkə profilində çıxış edib. Jurnalist daha sonra faktlara müraciət edərək yazır:
Ancaq Mustafa müəllimin verdiyi qanunsuz sənədlə də məhkəməyə müraciət etmək və öz xeyrinə qərar çıxartdırmaq mümkündür. Hərçənd, özünü "şah" sayan Mustafa müəllim dövlətin məhkəmə sistemini də vecinə almır və onların çıxartdığı qərarı tanımaqdan imtina edir. Belə çıxır ki, vətəndaş məhkəmədən şikayət etməlidir ki, özünü "şah" kimi aparan Mustafa müəllim dövlət qanunlarını heçə sayır, onları tanımır. Hüquqi bir dövlətdə məhkəmənin hökmünü tanımayan vəzifəli bir şəxsin tutduğu postda indiyədək necə qalması isə müəmmalı məsələdir, ancaq reallıqdır. Görünür, Mustafa Rəşidov məhkəmə sistemindəki problemlərdən xəbərdardır. Ona görə də vəzifəsindən sui-istifadə edir və peçatsız sənədlər verərək vətəndaşları get-gələ salır, incidir. Nə hikmətdirsə, məhkəmə qərarlarına məhəl qoymayan, hakimin çıxatdığı hökmü heçə sayan Mustafa müəllim kimi qanunu pozan, özbaşınalıq edən, vəzifəsindən sui-istifadə hallarına yol verən bir şəxs bu cür yüksək vəzifəyə təyin olunub.
Sakit Muradov sadaladığı faktların acı nəticələrindən yazaraq davam edir:
Mustafa Rəşidov öz əməllərindən geri qalmır, qanunu pozur, saxta sənədlər verməkdən çəkinmir, vətəndaşları incidərək onların hüquqlarını tapdalayır. Belə olan halda isə Mustafa Rəşidov vətəndaşları məcbur edir ki, məhkəmələrdən daha yuxarı instansiyalı məhkəmələrə şikayət etsinlər. Bu isə birbaşa dövlət və vətəndaş arasında böyük narazılıq yaradır, insanları dövlətə qarşı qaldırır. Görəsən, bu qədər özbaşınalıq edən Mustafa müəllimi qoruyan "gizli əllər" kimlərdir? Bu haqda daha ətraflı növbəti statusumda ətraflı paylaşacam!
Sakit Muradov. jurnalist
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq...
Paylaş:
Müəllif : Fuad
Tarix:17-05-2025, 13:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto