Filarmoniyada GECƏ ÇAL-ÇAĞIRI: Bəs özləri nə deyir?
Qız evində toydur...
Sosial şəbəkələrdə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında gecə klubunun fəaliyyət göstərməsi barədə məlumat yayılıb. Yayılan görüntülər əsasında mədəniyyət ocağında gecə klubu təşkil olunması və gənclərin əyləncə məclisi təşkil etməsi iddia olunub. Masa üzərinə çıxıb rəqs edən gənclər, su kimi axan spirtli içkilər, fişənglər- bütün bu görüntülərin filarmoniyada baş verməsi təəccüb doğurub.
Filarmoniyadan verilən məlumata görə, görüntülər filarmoniyada yox, filarmoniyanın həyətində yerləşən restoranda qeydə alınıb. Restoranın filarmoniyanın balansında olub-olması barədə sualımıza isə cavab belə oldu: “Bizim bundan xəbərimiz yoxdur”.
Filarmoniyanın həyətində bu qədər həngamə baş verir, xəbər ayaq tutub yeriyir, filarmoniyada isə həyətində yerləşən restoranın kimə aid olması barədə heç kim heç nə bilmir? Qız evində toydur, oğlan evinin xəbəri yoxdur? Filarmoniyada çal-çağır olmalıdır, amma bu şəkildə yox. Deyəsən, məsələ bir qədər yanlış anlaşılıb. Bu şəkildə əyləncə məclislərinin ölkənin əsas mədəniyyət ocaqlarından birinin həyətində baş verməsi təbii ki, ürəkaçan deyil.
Qeyd edək ki, bu barədə ilk görüntüləri "demokrat.az" saytı yayıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:18-05-2022, 12:57
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var