reklam
Regionxeberlericom.az » İqtisadiyyat » Nardaranda SOCAR brendli modul tipli yanacaqdoldurma stansiyası istifadəyə verilib - FOTO

reklam

Nardaranda SOCAR brendli modul tipli yanacaqdoldurma stansiyası istifadəyə verilib - FOTO

Nardaran qəsəbəsində SOCAR brendli modul tipli yanacaqdoldurma stansiyası (YDS) istifadəyə verilib.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məlumat yayıb.

“SOCAR Petroleum”a məxsus modul tipli YDS Nardaran qəsəbəsi, dalan 31, Mikayıl Müşfiq küçəsi ünvanında yerləşirz “Sea Breeze Resort” ərazisindəki yanacaqdoldurma stansiyasında 2 yanacaqpaylayıcı qurğu quraşdırılıb. Bununla da həm kiçik, həm də iritutumlu avtonəqliyyat vasitələrinin yanacaqla təmin edilməsi üçün müvafiq şərait yaradılıb. Həmçinin YDS-də nağdsız satış üçün POS-terminallar da fəaliyyət göstərəcək.

Qeyd edək ki, yeni YDS ərazisi seçilərkən həmin ərazidə yaşayan əhalinin yanacağa tələbatının yüksək olması əsas götürülüb. Həmçinin yaxın zamanda yanacaqdoldurma stansiyasında müştərilər üçün bir sıra kampaniyaların keçirilməsi nəzərdə tutulur.

Nardaranda fəaliyyətə başlayan YDS-lə birlikdə ölkə ərazisində SOCAR brendli YDS-lərin sayı 48-ə çatdırılıb. Xatırladaq ki, onlardan 5-i işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında fəaliyyət göstərir.

“SOCAR Petroleum” QSC-nin strateji inkişaf planına uyğun olaraq, bu sahədə işlər davam etdirilir. Bununla da ölkə ərazisində müasir standartlara cavab verən SOCAR brendli yanacaqdoldurma stansiyalarının sayı dinamik inkişafla artırılır", - deyə məlumatda vurğulanıb.








Paylaş:


Müəllif : Tarix:
10-05-2023, 13:15
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər