reklam
Regionxeberlericom.az » İqtisadiyyat » Bu ölkədə yumurtanın qiyməti rekord həddə çatdı

reklam

Bu ölkədə yumurtanın qiyməti rekord həddə çatdı


ABŞ-da quş qripi epidemiyası yumurta istehsalını azaldıb, inflyasiyanın da təsiri ilə qiymətlər rekord həddə çatıb.

Xarici KİV xəbər verir ki,  2022-ci ilin fevralında başlayan quş qripi ilə əlaqədar ABŞ-ın 47 ştatında 60 milyona yaxın quş məhv edilib, xəstələnən toyuq sayı 43 milyonu ötüb.

Yumurta tədarükü təkrarlanan epidemiyalar səbəbindən kəskin şəkildə düşdüyü üçün ABŞ-ın yumurta ehtiyatı 2021-ci ilin sonu - 2022-ci ilin əvvəli arasında 29 faiz azalıb.

Dekabra qədər artan topdansatış yumurta qiymətləri Milad həftəsində rekord həddə çatıb. Belə ki, Milad həftəsi ilə müqayisədə ABŞ-da yumurtanın qiyməti 2022-ci ilin əvvəlində 267, əvvəlki ilin eyni dövrü ilə müqayisədə isə 210 faiz artıb.

Bəzi ərzaq mağazalarında üzvi (kənd) yumurtanın qiyməti 12, qeyri-üzvi yumurtanın isə təxminən 7 dollardır.




Paylaş:


Müəllif : Tarix:
23-01-2023, 10:28
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər