reklam
Regionxeberlericom.az » İqtisadiyyat » Kiçik və orta sahibkarlar 7 il vergidən azad oluna bilər

reklam

Kiçik və orta sahibkarlar 7 il vergidən azad oluna bilər


“Azərbaycanda kiçik və orta biznesin (KOB) inkişafı prioritet məsələdir”.

Regionxeberlericom.az “Trend”ə istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "KOS imkanlarının genişləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi və yaşıl artım" mövzusunda beynəlxalq tədbirin açılış mərasimində çıxışı zamanı deyib.

"Qlobal iqtisadi çağırışlar fonunda güclü biznes sektorunun yaradılması ölkənin gələcək inkişafına töhfə verir. Onu da qeyd etmək istəyirəm ki, enerji daşıyıcılarının yüksək qiymətləri ölkəyə valyuta cəlb etməyə və makroiqtisadi göstəriciləri gücləndirməyə kömək edir", - deyə nazir bildirib.

M.Cabbarov qeyd edib ki, biznesin inkişafının əsas mexanizmləri sahibkarlığa dövlət dəstəyi, stimullaşdırıcı və güzəştli kreditlərdir: “Bundan başqa, biz biznes hesabatlarının verilməsi prosedurlarını sadələşdirmişik. Ölkəmiz “Doung Business” sahəsində yüksək göstəricilərə nail olub. Xüsusilə, KOB-u yeddi il müddətinə vergidən azad etməklə biznes imkanlarının genişləndirilməsi planlaşdırılır”.

Nazir bildirib ki, 2021-ci ildə KOB subyektləri tərəfindən qeyri-neft məhsullarının ixracı 60 faizədək olub: "Hər il KOB subyektləri tərəfindən qeyri-neft məhsullarının istehsalı və ixracı bütün göstəricilər üzrə artır. Hökumət onlara dəstəyini davam etdirəcək".




Paylaş:


Müəllif : Tarix:
1-12-2022, 17:33
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər