Növbəti özəlləşdirmə hərracı 18 avqust tarixində keçiriləcək

“Koronavirus pandemiyası ilə əlaqədar fasilə verilən özəlləşdirmə hərracları yenidən keçiriləcək.
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərrac 18 avqustda təşkil ediləcək.
Hərraca ümumilikdə 35 dövlət əmlakı çıxarılıb. Bunlardan 34-ü kiçik dövlət müəssisəsi, 1-i isə yarımçıq tikilidir. Hərraca çıxarılan əmlakların tam siyahısı ilə buradan tanış ola bilərsiniz.
Məlumat üçün bildiririk ki, kiçik dövlət müəssisələrinin ümumi sahəsi 45-2997 kvadrat metr arasında dəyişir. Hərraca çıxarılacaq dövlət əmlakı respublikanın müxtəlif bölgələrində yerləşən ticarət, xidmət obyektləri, istehsal müəssisələri, əmlak kompleksi, qeyri-yaşayış binalarıdır.
Kiçik dövlət müəssisəsi və obyektlərinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Artıq həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Torpaq sahəsi ilə birlikdə hərraca çıxarılan dövlət əmlakı Bakı, Gəncə, Mingəçevir, eləcə də, digər şəhər və rayonlarda yerləşir.
Hərraca çıxarılan dövlət əmlakı sırasında Ağdaş rayonunda “Kərpic istehsal edən sahə”, Ucar rayonunda “Şərab sexi”, “Yevlax sənaye müəssisəsi” və s. kimi fəaliyyətini yenidən qurmaqla yüksək gəlir gətirə biləcək obyektlər vardır.
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən hərraclarda hər kəsin sərbəst iştirakı təmin edilir. Belə ki, iştirak etmək istəyən şəxslərin seçdikləri dövlət əmlakı üzrə elektron sifariş verməklə yanaşı, hərraclara onlayn qoşulmaq imkanı var.
Prosesə marağı olan şəxs hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də elektron resurslardan istifadə etməklə hərracları qeydiyyatsız formada izləyə bilər.
Keçirilən hərraclarda iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytına (emlak.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i məbləğində behi ödəyib sifarişçi statusu ala bilərlər.
Hərrac günü hər kəs Elektron Xidmətlər Portalından (e-emdk.gov.az) Elektron hərrac bölməsini seçərək onlayn özəlləşdirməyə qoşula bilər.
Paylaş:
Müəllif : Yazar
Tarix:22-07-2020, 16:55
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:22-07-2020, 16:55
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 10:44
Bu gün, 10:38
Bu gün, 08:56
Dünən, 15:41
Dünən, 15:06
Dünən, 12:22
Dünən, 12:18
Dünən, 12:15

Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR

Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO

Ədliyyə naziri Fərid Əhmədova İKİNCİ AÇIQ MƏKTUB - Bu, bizə deyil, Sizə qarşı hörmətsizlikdir!

TƏBİB-in nəzarətsizliyi biabırçı nəticələr verir – Dövlət qurumlarında əxlaq tənəzzülü davam edir // VİDEO

İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO

AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir

Qida Sənayesi Kollecində Sevinc Həmzəyevanın təhsil adı altındakı "biznes" fəaliyyəti ARAŞDIRMA -II