reklam
Regionxeberlericom.az » İdman » Hacı Əliyev 1/8 finalda - Yenilənir

reklam

Hacı Əliyev 1/8 finalda - Yenilənir
















Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatı davam edir. “Qafqazinfo” xəbər verir ki, bu gün Azərbaycanın daha iki sərbəst güləşçisi mübarizəyə başlayacaq.

Üçqat dünya və üçqat Avropa çempionu Hacı Əliyev (65 kq) təsnifat mərhələsində Çin təmsilçisi Şauhua Yuanla üz-üzə gələcək.

Maqomedxan Maqomedov (97 kq) 1/16 finalda serbiyalı Strahinya Despiçlə qarşılaşacaq.

Qadın güləşçilərdən isə Alyona Kolesnik (59 kq) 1/8 finalda Bolortuya Xurelxuu (Monqolustan)/Kristina Sazikina (Belarus, neytral status) cütünün qalibi ilə görüşək.

Bu gün həmçinin daha üç sərbəst güləşçi medal qarşılaşmasına çıxacaq. Osman Nurmaqomedov (92 kq) finalda qazaxıstanlı Rizabek Aytmuxanla güləşəcək. Turan Bayramov (74 kq) və Orxan Abbasov (79 kq) bürünc medal uğrunda güləşəcəklər. Onların rəqibləri təsəlliverici duellərdən sonra bəlli olacaq. Bayramov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya da əldə edə bilər.

Qeyd edək ki, dünya çempionatı sentyabrın 24-də başa çatacaq.

***

Hacı Əliyev çinli Şauhua Yuan üzərində 10:4 hesablı qələbə qazanıb. 

***

Hacı Əliyev avstraliyalı Georgi Okorokova 9:2 hesabıyla qalib gələrək 1/8 finala yüksəldi.





Paylaş:


Müəllif : Tarix:
18-09-2023, 15:09
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər