reklam
Regionxeberlericom.az » İdman » “Beşiktaş”ı altı milyona çempion edən Sergen Yalçının “Neftçi”dəki maaşı bəlli oldu

reklam

“Beşiktaş”ı altı milyona çempion edən Sergen Yalçının “Neftçi”dəki maaşı bəlli oldu


Yeni mövsümdən iddialı olmağı hədəfləyən “Neftçi” baş məşqçi dəyişikliyinə hazırlaşır. Məlum olduğu kimi, “ağ-qaralar” Türkiyənin tanınmış mütəxəssislərindən biri olan Sergen Yalçınla danışıq aparırlar.

Məlumata görə, artıq müzakirələrin böyük hissəsi yekunlaşıb. Tərəflər maddi məsələlərdə böyük ölçüdə razılığa gəliblər.

Türkiyədən öz məşqçilər korpusu ilə Bakıya gəlməyə hazırlaşan Sergen Yalçının “Neftçi”dəki illik maaşı 1 milyon avro (25,8 milyon TL) olacaq. Onunla 2 illik müqavilə imzalanacağı gözlənilir. Sergenin köməkçilərinin də məvacibi kifayət qədər yüksək olacaq.

Maraq üçün qeyd edək ki, 2021-ci ildə “Beşiktaş”la Türkiyə çempionu olan Yalçının İstanbul təmsilçisindəki illik məvacibi 6 milyon TL olub.




Paylaş:


Müəllif : Tarix:
19-06-2023, 18:39
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər