Azərbaycan boksçusu dünya çempionu oldu
Azərbaycan boksçusu Alfonso Dominges Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında final görüşünə çıxıb.
86 kq çəki dərəcəsindəki həlledici qarşılaşmada rəqib braziliyalı Keno Maçado olub. 2018-ci ildə Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilmiş Yeniyetmələrin Yay Olimpiya Oyunlarının qalibi ilə döyüşün ilk raudunda 5 hakimdən 4-ü qələbəni Domingesə verib. Yalnız 1 hakim Maçadonu fərqləndirib.
İkinci raundda Azərbaycan təmsilçisini 5 hakimdən 3-ü üstün sayıb.
Üçüncü raundda Maçado nisbətən fəallaşıb. Bunun nəticəsində o, yekunda fərqi minimuma endirə bilib. Beləliklə, Dominges 3:2 (28:29, 29:28, 29:28, 30:27, 28:29) hesabı ilə qalib gələrək, karyerasında ilk dəfə dünya çempionu olub. Daha əvvəl o, Minsk-2019 II Avropa Oyunlarının qalibi və Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı adını qazanıb.
Beləliklə, kişi boksçulardan ibarət Azərbaycan millisi dünya çempionatını 1 qızıl, 2 bürünc medalla başa vurub. Daha əvvəl Sərxan Əliyev 71 kq, Məhəmməd Abdullayev isə 92 kq-dan yuxarı çəki dərəcəsində fəxri kürsünün 3-cü pilləsinə qalxıb.
Dünya çempionuna kəmər və 100 000 ABŞ dolları, bürünc medalçılara 25 000 dollar mükafat verilib./Report
Paylaş:
Müəllif : Fuad
Tarix:5-11-2021, 23:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Rusiyada yeni doğulmuş uşağı tərk edən qadının 12 il əvvəl oğlunu öldürdüyü məlum oldu

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video