reklam
Regionxeberlericom.az » Hadisə » İrandan 50 kq narkotik gətirən şəxs belə tutuldu – Video

reklam

İrandan 50 kq narkotik gətirən şəxs belə tutuldu – Video

















Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində Abşeron rayon sakini Namiq Məmmədov narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdiyi üçün saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, onun avtomobilinə və üzərinə baxış zamanı 50 kiloqram, o cümlədən 28 kiloqram heroin və 22 kiloqram pixotrop naddə metamfetamin aşkar edilərək götürülüb. Namiq Məmmədov narkotik vasitələri İran vətəndaşı, şəxsiyyəti istintaqla araşdırılan “Hadı” adı tanışının vasitəsilə Qaradağ rayonunda gizlədilən yerdən paytaxt ərazisində müxtəlif ünvanlara çatdırıb pul qazanmaq məqsədilə əldə etdiyini bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, Namiq Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat tədbirləri davam etdirilir.




Paylaş:


Müəllif : Tarix:
31-05-2023, 12:12
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər