reklam
Regionxeberlericom.az » Hadisə » Daha bir qazi yol qəzasının qurbanı oldu

reklam

Daha bir qazi yol qəzasının qurbanı oldu
















Mayın 18-i saat 20 radələrində Neftçala şəhəri, H.Əliyev prospekti ərazisində 1954-cü il təvəllüdlü, Neftçala şəhər sakini Yusifov Cavanşir Xəlil oğlunun idarə etdiyi “İj-Yupiter 5” markalı motosikletlə 1995-ci il təvəllüdlü, rayonun Bankə qəsəbə sakini, Vətən Müharibəsi qazisi Məmmədov Əli İnqilab oğlunun idarə etdiyi “SKYGO” markalı moped toqquşub.

Nəticədə hər iki sürücü “qapalı kəllə-beyin travması, baş beynin ağır dərəcədə əzilməsi” diaqnozu ilə Neftçala rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Mayın 27-si saat 13 radələrində Əli Məmmədov aldığı bədən xəsarətləri nəticəsində adı çəkilən xəstəxanada ölüb.

Faktla bağlı Neftçala rayon polis şöbəsində CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.




Paylaş:


Müəllif : Tarix:
28-05-2023, 16:38
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər