reklam
Regionxeberlericom.az » Hadisə » 7 kilodan çox narkotik aşkar edildi

reklam

7 kilodan çox narkotik aşkar edildi


Polis əməkdaşlarının mayın 13-də və 14-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 7,9 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2,6 kiloqrama yaxın heroin, 4,5 kiloqramdan çox marixuana, 440 qramdan çox tiryək, 400 qramdan artıq metamfetamin, 30 ədəd güclü təsiredici xassəyə malik həb və 71 ədəd çətənə kolu olub. 


Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.




Paylaş:


Müəllif : Tarix:
15-05-2023, 10:35
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər