reklam
Regionxeberlericom.az » Hadisə » Bakıda ana həbsdəki oğluna "patı" apardı - FOTO

reklam

Bakıda ana həbsdəki oğluna "patı" apardı - FOTO


Bakı istintaq təcridxanası və 7 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyaların keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Penitensiar Xidmətdən verilən xəbərə görə, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək həbs edilmiş və hazırda Penitensiar xidmətin Bakı istintaq təcridxanasında saxlanılan Dəyanət Tehran oğlu Süleymanova qardaşı Mingəçevir şəhər sakini vətəndaş Tacəddin Tehran oğlu Süleymanov tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Bu zaman oradakı gödəkçənin içəri cibində gizlədilmiş daxilində danışıq kartı olmayan 1 ədəd “Samsung” markalı mobil telefon aparatı aşkar edilib.

Həmçinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilmiş və hazırda Penitensiar xidmətin 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Kamran Aqil oğlu Mirzəzadə ilə qısamüddətli görüşə gəlmiş anası Abşeron rayon sakini Sevinc Əbülfəz qızı Musayevanın üzərinə baxış keçirilib. Bu zaman gizlətdiyi kağız bükülüdə ümumi çəkisi 0,042 qram psixotrop maddə - metamfetamin ("patı") aşkar olunub.

Hər iki faktla bağlı araşdırma aparılır.







Paylaş:


Müəllif : Tarix:
7-04-2023, 16:04
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər