Bakıda 3 nəfər silahlı saxlanıldı
Nizami rayon Polis İdarəsi, 24-cü Polis Şöbəsi və 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi silsilə əməliyyatlar nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, tədbirlər zamanı Ramil Məmmədli, Eldəniz Əliyev və Ümid Qafarov tutularaq istintaqa təqdim ediliblər. Ramil Məmmədlinin üzərindən, eləcə də idarə etdiyi avtomobildən 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd daraq, 12 ədəd patron, psixotrop maddə olan metamfetamin, Ümid Qafarovdan həmçinin 1 ədəd “Kalaşnikov” avtomatı,1 ədəd daraq, 9 ədəd patron, Eldəniz Əliyevdən isə “Brauning” markalı tapança və 2 ədəd patron aşkar olunub.
Saxlanılan şəxslər odlu silah-sursatları bir müddət əvvəl əldə etdiklərini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özlərində saxladıqlarını bildiriblər. Araşdırma zamanı saxlanılan şəxslərdən biri - Ramil Məmmədlinin sosial şəbəkələrdə “Salamat Ramil” adı altında cinayətkarlığı təbliğ edən paylaşımlar etdiyi də məlum olub.
Aşkar edilən faktlarla bağlı Nizami rayon İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir
Paylaş:
Müəllif : Yazar
Tarix:18-03-2023, 17:39
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB

Eks-sevgilisindən Hidayətə ittihamlar - “550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb”