reklam
Regionxeberlericom.az » Hadisə » İmişli sakinindən 2 kiloqramdan artıq narkotik götürülüb

reklam

İmişli sakinindən 2 kiloqramdan artıq narkotik götürülüb


İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə qeyd edilən qanunsuz əməllə məşğul olan rayon sakini Elməddin Fərəcov saxlanılıb.

Şöbə əməkdaşları tərəfindən onun üzərinə keçirilən baxış zamanı 8 qrama yaxın heroin aşkar olunaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq E.Fərəcovun yaşadığı evə baxış zamanı isə əlavə 2 kiloqram 315 qram marixuana aşkarlanıb.

Faktla bağlı İmişli RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.




Paylaş:


Müəllif : Tarix:
17-03-2023, 09:36
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər