reklam
Regionxeberlericom.az » Hadisə » Xocalıda yük maşını aşdı, ölən var

reklam

Xocalıda yük maşını aşdı, ölən var


Xocalı Rayon Polis Şöbəsinə rayon ərazisində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, Laçın rayon sakini, 1987-ci il təvəllüdlü Xəndan Teymurov "HOVO" markalı yük avtomobili ilə Şuşa şəhəri istiqamətində hərəkətdə olan zaman idarəetməni itirərək avtomobili aşırıb.

Sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.




Paylaş:


Müəllif : Tarix:
15-03-2023, 09:04
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər