reklam
Regionxeberlericom.az » Hadisə » İtkin düşən kişini köpək balığı yedi

reklam

İtkin düşən kişini köpək balığı yedi


Argentinada itkin düşən kişinin qalıqları bu yaxınlarda ölü köpəkbalığının qarnından çıxarılıb.

Xarici media bildirir ki, balıqçılar adamın itdiyi yerin yaxınlığında köpək balığı tutublar. Bu da itkin düşən kişinin elə köpək balığı tərəfindən yeyildini şübhə altına atıb.

İspaniyanın El Pais xəbər saytının məlumatına görə, Pataqoniyanın Çubut əyalətindən olan 32 yaşlı Dieqo Barria sonuncu dəfə fevralın 18-də görülüb.

Təxminən dörd gün sonra yerli polis yaxınlıqdakı çimərlikdə Barrianın zədələnmiş universal avtomobilini və dəbilqəsinin ikiyə bölündüyünü tapıb. Lakin orada heç bir cəsəd tapılmayıb.

Fevralın 26-da yerli balıqçılar çimərlik yaxınlığında köpək balığı tutublar.

Balıqçılar köpək balığının bağırsağını çıxaran zaman onun mədəsində insan qolunu, eləcə də digər şübhəli insan qalıqlarını aşkar ediblər. El Pais-in məlumatına görə, balıqçılar qalıqları polisə təhvil veriblər, polislər əl biləyində Barrianın qollarından birinə uyğun döymə olduğunu müəyyən ediblər. İndi qalıqların Barriaya aid olduğunu qəti şəkildə sübut etmək üçün DNT testi aparılacaq.




Paylaş:


Müəllif : Tarix:
7-03-2023, 15:05
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər