reklam
Regionxeberlericom.az » Hadisə » Bakıda xanım vəkilə qarşı şok iddia - Zavod direktorunun yarım milyonunu “yeyib”

reklam

Bakıda xanım vəkilə qarşı şok iddia - Zavod direktorunun yarım milyonunu “yeyib”


Bakıda xanım vəkil külli miqdarda pulu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur.

Məlumata görə, Vəkillər Kollegiyasının üzvü, 5 saylı vəkil bürosunun üzvü Lətifə Kərimova müştəriləri, ''Azproff'' zavodunun iranlı rəhbəri olan Əkbər Rza və Hüseyn Rza qardaşlarının 500 min manat pulunu aldadaraq ələ keçirib.

O, qardaşlardan mülki işi Ali Məhkəmədə onların xeyrinə rədd etdirəcəyi vədini verib. Hətta müştərilərini işi həll edəcəyinə əmin etmək üçün ''Ali Məhkəmənin sədri Ramiz Rzayevlə Davosda görüşüb söhbət edəcəm'' deyərək, inandırıb.

L.Kərimovadan Vəkillər Kollegiyasına iranlı müştəri şikayət edib. Kollegiyanın intizam komissiyası vəkilin intizam pozuntusuna yol verməməsi barədə rəy verib. Rəyasət Heyəti isə komissiyanın rəyi əsasında vətəndaşın şikayətin rədd edib.

Əldə etdiyimiz məlumata görə, artıq Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində L.Kərimova barəsində cinayət işi başlanıb.

"Kim bu şayiəni yayıbsa, ayıb olsun"

L.Kərimova Criminal.az saytına açıqlamasında belə bir faktın olmasını əvvəl təkzib etsə də, sonradan müştərilərinin ondan şikayətçi olmasını etiraf edib:

"Həmin iranlıların bütün işlərini məhkəmədə udmuşam. Vəkilliyimi layiqincə yerinə yetirmişəm. Həmin iş 4 il əvvəl olub. Kim bu şayiəni yayıbsa ayıb olsun. Şikayət edən Əkbər Rzanın işinə baxmamışam. Onun qardaşı Hüseyn Rzanın işinə baxmışam. Bu işdə qardaşların işini məndən almaq istəyənlərin marağı var. İş Ali Məhkəməyə getməlidir. Mən bir işə qalib gəlirəm, qarşı tərəf şikayət verir. Buna mən nə edim? Məndən şikayət edən qarşı tərəfdir, cavabdehdir. İşdə qardaşlardan biri iddiaçıdır, o biri cavabdehdir. "Azproff” zavodu qardaşların əmlakı deyil. Hüseynin qardaşı təsisçidir, direktor isə İdris Məmmədovdur. Həmin zavodda ölüm oldu, müqaviləsiz işləyən iki nəfər öldü. Hazırda zavod rəhbərliyi barəsində Binəqədi Prokurorluğunda cinayət işi var, mənim barəmdə yox. Əmək müqaviləsi olmadan adam işlədiblər. Gecə işləyən zaman işıqlar sönüb, hamamda iki nəfər dəm qazından boğulub''.

"Məni Anar Bağırov da tanıyır və bilir ki, necə işləyirəm"

L.Kərimova deyir ki, bu işdə maraqlı olan vəkillər istəyi ilə Əkbər Rza Vəkillər Kollegiyasına şikayət edib. Vəkilin sözlərinə görə, İntizam Komissiyasında araşdırma gedib və intizam pozuntusu olmadığı barədə qərar verilib:

''Vəkillər işi məndən alıb, pul qazanmaq istəyirlər. Onlar pula görə həşr şeyə gedirlər. Məni Anar Bağırov da tanıyır və bilir ki, necə işləyirəm. 21 yaşından məhkəmələrdə işləmişəm. 1993-cü ildə Nehrəmdə siyasi dustaqlarla işləmişəm. Özləri o qədər çirkab içərisindədirlər ki.. Mən işi götürəndə iranlı qardaşlardan qəbz almışdım ki, iş bitəndə mənə bu qədər qonorar verəcəksən. 45 faizlə işə girmişdim. Danışmışqdıq ki, 50-100 min arası mənə pul çatmalı idi. Şikayətdə yazıblar ki, guya, mən demişəm ki, bizim məhkəmələr pulsuz işə baxmır. Guya, məhkəməyə vermək adı ilə onlardan külli miqdarda pul almışam. Evlərinin satdırıb onları kirayə saldırdığımı yazıblar. Yəni məni şərləmək üçün hər şey yazıblar. Mənimlə bağlı şikayətdə 350 min manat pul aldığım qeyd olunmuşdu. Kollegiyada şikayətçiyə sula verdilər ki, bu qədər pulu haradan almısan? Soruşdular ki, bu qədər pulu nə üçün vermisən? İki qardaşın bir-biri ilə problemi var, amma mən öz işimi görürəm. Kollegiyada məndən şikayət ərizəsini hansı vəkilin yazdırdığını üzlərinə dedim. Bu iş qaymaqdı. Məqsədləri əlimdən çıxarıb qonorarı özləri götürmək istəyirlər''-deyə L.Kərimova qeyd edir.

"Səsim yazılan telefon söhbətimdə demişəm ki..."

Xanım vəkil deyir ki, vəkillərin təşəbbüsü ilə qarşı tərəf onun səsini yazıb: "Səsim yazılan telefon söhbətimdə demişəm ki, Ali Məhkəmə pul götürmür də. Götürsəydi, nəsə edərdik, almırlar də... Mənə deyirlər ki, gedin danışın Ali Məhkəmə ilə. Həmin səs yazısı da kollegiyada intizam komissiyasında qulaq asıldı. Səs də heç mənim səsimə oxşamırdı. Günahım yoxdursa, niyə qaçmalıyam? Məhkəmə işi geri qaytarır ki, tərəflər kompromisə getsinlər, amma razılaşmırlar. 500 min pul almaq olar? Adamın 10 manat borcu olanda özünü asır... Bu işdən 3-4 il keçib, indi ayılıblar? Onlar mənə borcludurlar... Mənim evim bu dəqiqə ipotekadadır. İmkanım olmayıb ev almağa. Amma mənə quyu qazan vəkillər villalarda yaşayırlar. Uşaqlarıma haram tikə yedirtməmişəm. Təəssüflər olsun ki, məndə olan qeyrət bəzi kişilərdə yoxdur. Ayıb olsun mənim həmkarlarıma. Sədrlə də söhbət etmişəm, dedi ki, mən Lətifə xanımı yaxşı tanıyıram. Sədr işimə baxıb və mənlə bağlı obyektiv qərar qəbul ediblər. Binəqədi polisi cinayət işinin başlanması ilə bağlı rədd qərarı çıxarılıb. Heç maraqlanmıram, hər adam elə cinayət işi başlayırlar?''.


Paylaş:


Müəllif : Tarix:
10-08-2019, 11:58
Sikayət   


loading...
Загрузка...